BAHAR AĞABƏYQIZININ YARADICILIĞINDAN NÜMUNƏLƏR
6 min read
Umarova Bahar Ağabəy qızı – 1957-ci il aprelin 15-də Qəbələ rayonunun Bum qəsəbəsində dünyaya göz açıb. 1974-cü ildə Bum orta məktəbini bitirib. 7 il Qənnadı Fabrikində çalışıb, fabrik bağlandıqdan sonra şirniyyatçı kimi fəaliyyət göstərib, kosmetika şirkətlərində çalışıb.
Ailəlidir, iki övladı, iki nəvəsi var.
Gənc yaşlarından seirlər yazır.
Şeirləri müxtəlif mətbuat orqanlarında və bir sıra ədəbi məcmuələrdə dərc olunub.
Bu günlərdə isə Bahar xanımın “Dünyanın cənnəti sənsən Qəbələm” adlı ilk kitabı “Borçalı” nəşriyyatı tərəfindən çap olunaraq oxucuların ixtiyarına verilib.
Biz də Bahar xanımı ilk kitabının işıqüzü görməsi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!..
ZiM.Az
QARABAĞ
Qarabağım əsir düşdü,
İllərlə tapdaqda qaldı.
Torpağı qanla sulandı,
Fəryadı göyə yüksəldi.
İbrahim Xəlil xanımın,
Ruhu göylərdə alışdı.
Molla Pənah Vaqif gəlib,
Onunla birlikdə yandı.
Ələsgərim sazın çaldı,
Fəryadı göyə yüksəldi.
Koroğluya xəbər saldı,
Koroğlu cəngini çaldı.
Qarabağın üzərində,
Ruhlardan bir ordu qurdu.
Cabbar Xana xəbər saldı,
Xan Bülbülü harayladı.
Xurşidbanu Natəvan da,
Yanında qırx qızla gəldi.
Aşıq pərini səslədi,
Ruhlardan cərgə düzəldi.
Axundov xalqı səslədi,
Səsi göylərə yüksəldi.
İgid Polad cuşa gəldi,
İgidlərə haray saldı.
İgidim qana boyandı,
Ölümü xalqı oyatdı.
Ali Baş Komandan İlham,
Orduya irəli dedi.
Bəsdir daha dözdüyümüz,
Düşmənin başın əzəlim.
Torpağı azad edəlim.
Qarabağ Azərbaycandır.
Ordu kükrədi sel kimi,
Qudurmuz bir aslan kimi.
Yürüdü düşmən üstünə,
Düşmənin qanın içməyə.
Ruhlar göydə şadlanırdı,
İgidlər də ruhlanırdı.
Düşmənin canın alırdı,
Torpağa sahib çıxırdı.
Qırx dörd günlük bu döyüşdə,
Düşmənin başı əzildi.
Qələbəni xalqım çaldı,
Qarabağ tam azad oldu.
Şəhidlərim qanlarıyla,
Qazilərim canlarıyla
Vətənə sipər oldular.
Qələbə cəngi çaldılar.
Azadlığın dastanını,
Tarixə qanla yazdılar.
Ölməz igid şəhidlərim,
O ruhlara qovuşdular.
Ruhlar göydə, xalqsa yerdə,
Doğma torpağa qovuşdu.
Qələbəni çalan ordu,
Torpağın sipərin qurdu.
Azad oldu elim, obam.
Qarabağtək gözəl məkan,
Al bayrağım dalğalanır.
Qarabağın səmasında.
Arzum budur bu torpaqlar,
Birdə qada, qan görməsin.
Daima xoşbəxt yaşasın,
Burda gələcək nəsillər.
XOCALI
Göylər qan ağladı, tufanlar qopdu,
Ağ qarın üzəri qana boyandı.
Zülmün acısından ürəklər yandı,
Elim, obam tamam yandı, kül oldu.
Dünya da bu zulmə yenə göz yumdu.
İyirmi altı fevral, o qış gecəsi,
Şaxtalı, boranlı, dəhşətli idi.
Körpə balaları şirin yuxuda,
Ata, analarsa keşik çəkərdi.
Çünki namərd düşmən pusquda idi.
Düşmənsə fürsəti vermədi əldən,
Rusun qoşunuyla bir addımladı.
Xocalını tamam viran eylədi,
Uşaqlar süngüyə tək-tək taxıldı.
Qocaya cavana divan tutuldu.
Sveta, Marqarita adlı cəlladlar,
Elimin hamilə qadınlarının,
Kəsib doğradılar körpə balasın.
Qarnına doldurub, pişiyi, iti.
Sonrada ölümə tərk eylədilər.
Bunlara insan adı axı kim verib?
Cəlladan, alçaqdan insan olarmı?
Bunu iblis doğub, şeytan bəsləyib,
Erməni heç zaman, insan olmayıb.
Dünyaya yayılmış, mikroblar olub.
Soyuq şaxta kəsir, körpə balanı,
Yarı çılpaq halda, qaçan xalqımı.
Düşmən də də üstünə güllə yağdırır,
Bağrına basaraq ana balasın,
Səsini eşidər, düşmənlər deyə.
Birdə ayılır ki, balası ölüb,
Ürək fəryad edir, özüsə susub.
Qocalar, cavanlar, gəlinlər, qızlar,
Qarın üzərində, qana qərq olub.
Çöllər, meşələr, yollar qana boyanıb.
Xocalı dəhşəti sarsıtdı xalqı,
Ancaq dünya yenə susdu dayandı.
Qan ağladı xalqın vicdan qeyrəti,
Tapdandı qeyrəti qızın, gəlinin.
Xocalı bükübdü xalqımın belin.
YAD EYLƏYƏK KEÇMİŞ GÜNÜ, XOŞ ANI
Uşaq idim babam, nənəm gələndə,
Biz qaçaraq, qabağına gedəndə,
Babam, nənəm bizə sovqat verəndə.
Biz sevincdən, şadlananda güləndə,
Yada düşər, xoşbəxt anlar xoş gündə.
Anam tezcə somavara od salar,
Qazan asar, dadlı plov dəmləyər.
Nənəm bizə isti corab toxuyar,
Bacılarım süfrə açıb, çay süzər.
Yada düşər, xoşbəxt günlər, xoş anlar.
Babam quran kitabını açaraq,
Bizə gözəl hekayətlər oxuyar.
Elim adlı bir hikmətdən danışar,
Bizə elmin zərrələrin aşılar.
Gözəl günə, xoş anlara səsləyər.
Surələri bircə, bircə öyrədər,
Açıqlayıb mənasını söyləyər.
Surələri bizlərə tam əzbərlədər,
Oxudaraq səhvlərini düzəldər.
Gözəl sözlər şirin dildən süzülər.
Qış ocağı, isti soba önündə,
Atam, anam, nənəm, babam olanda,
Biz uşaqdıq, qayğısiz bir zamanda,
O, vaxtlar qar metrə yarım olanda,
Soyuq şaxta, insanı donduranda,
Gözəl çağlar, o xoş günlər olanda.
Qayğısızdıq, uşaq idik o zaman.
Darıxıram o günlərçün mən yaman.
Qayıtmağı eyləməyim heç guman,
Keçən günlər geri dönməz qayıtmaz.
Nə etsən də keçən günə gün çatmaz.
BU ŞƏHƏR
Bu şəhərin qəmi, məni üzübdü.
Ürəyimdə qəmli günlər canlandı.
İrmi yanvar günahsız qan töküldü.
Günahkarlar günahsız canlar aldı.
Bu şəhərin bağrına dağ biçildi.
Şəhər çalxalandı qanlar içində.
Haray çəkdik, dünya duysun, duymadı.
Səsimizi çıxarmaq da yasaqdı,
Televizor, radio da dusdaqdı.
Hər tərəfdə düşmən əsgəri vardı.
Bakı qan ağlayır, Bakı xəstəydi.
Könül intizarda, can yol üstəydi.
İnsanı əlacsız, qorxu üzdəydi.
Bakının talehi yaman tərsdəydi.
O zaman dəsdəyə ehtiyac vardı.
Dəstəksə yox idi dünya boş idi.
Bizim dərdi dünya heç eşitmirdi.
İranda yaşayan, qan qardaşlarım,
Radioyla dərdimizi, hey anladardı.
Dünyasa bu dərdi, heç eşitmirdi.
Bakı təhlükədə, Bakı dardadı.
Azər-türk xalqına kömək gərəkdi,
Ancaq dünya bunu heç də duymadı.
Erməni rüşvətlə rusu almışdı.
Erməni nə desə, onu edərdi.
Xalqım birləşərək, bir yumruq oldu.
Silahsız igidlər irəli çıxdı.
Xalqının yolunda, canından keçdi.
Azadlıq yolunu qaıyla açdı.
Xalq artıq qorxmurdu, gözü açıqdı.
Düşmənin gözünə inamla baxdı.
Bakı qərənfilə, gülə bələndi.
Şəhər qəm-qüssəli, şəhər dərdliydi.
Şəhidlər xalqıma, nur çıraq oldu.
Azadlıq yolunu qanıyla açdı.
Xalqımda yumruğun, bir yerdə vurdu,
Azadlıq xalqımın, qisməti oldu.
Azərbaycan eli, müstəqil oldu.
Xalqım mökəm durdu, başın dik tutdu.
Yağı düşmənlərə meydan oxudu,
Birlik bərabərlik belə yarandı.
Vətənə, torpağa birgə bağlandı,
Xalqım azadlığı belə qazandı.
ZiM.Az
.