VƏTƏN MÜHARİBƏSİNDƏ QAZANDIĞIMIZ ZƏFƏR TARİXİMİZƏ QIZIL HƏRFLƏRLƏ YAZILDI

3 min read

NƏRGİZ QƏHRƏMANOVA,

AMEA Rəyasət Heyəti Aparatının

İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin

Elektron informasiya sektorunun müdiri

 

44 günlük Vətən müharibəsində qa­zanılmış tarixi Qələbənin üçün­cü il­dö­nümü ölkəmizin hər bir bölgəsində təntənəli şəkildə qeyd olu­nur. Şanlı Zəfər Günü xalqımız tərə­findən böyük coşqu ilə qarşılanır. Üç il əvvəl bu gün Azərbaycan xalqı öz tarixində ən sevincli gün­lə­rini yaşayırdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əli­ye­vin apardığı uğurlu siyasət və ordumuzun şücaəti nəticəsində Azər­baycan Vətən müha­ribəsində Zəfər qazandı. Bu Zəfər tarixi­mizin qəhrəmanlıq səhi­fəsinə qızıl hərflərlə yazıldı.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İl­ham Əliyevin sarsılmaz iradə və qətiyyətlə davam və inkişaf et­dir­di­yi, milli dövlətçiliyin və tam müstəqilliyin təmin olunmasına, iqtisa­diyyatın möhkəmləndirilməsinə, regionda ən güclü ordunun qurulma­sına, silahlı qüvvələrin modernləşdiril­məsinə istiqamət­lənmiş bu siyasi kurs ölkəmizin suverenliyinin tam bərpasının həlledici əsasını təşkil etdi. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “Azərbay­can bütün dünyaya göstərdi ki, işğal altında olan torpaqlarını öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir”.

Vətən müharibəsi nəticəsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən öz ərazi bütövlüyünü, su­veren­liyini, sərhədlərinin toxunulmazlığını təmin etdi, bununla BMT Təh­lü­kəsizlik Şurasının 4 qətnaməsinin icrasına nail oldu. Vətən müha­ri­bəsi dövründə Azərbaycanın qələbələri təkcə döyüş meydanında de­yil, eyni zamanda, diplomatiya sahəsində davam etdirildi. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurum­la­rı­na 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri bey­nəlxalq ictimaiyyətə çatdırdı, dünyanın fikrini dəyişdirməyə mü­vəffəq oldu. Azərbaycan dövləti son 3 ildə ardıcıl olaraq yaxınlaşdığı daha bir məqsədinə də çatdı. Belə ki, 2023-cü il sentyabrın 19-20-də təxminən 24 saat davam edən antiter­ror tədbirlərində dövlət suve­ren­liyi bütün ərazilərimizdə tam şəkildə bərpa edildi, ermənilərə məxsus təxribatçı hərbi birliklər tərk-silah edildi, onlar torpaqlarımızı tərk etdilər. Bu baxımdan builki bayram bütün ölkə ərazisində daha tən­tə­nə­li şəkildə qeyd olunur.

Hazırda işğaldan azad edilmiş ərazilərimizin tarixində yeni səhifə açılıb, bu bölgələrdə genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. Bunlarla yanaşı, alimlərimiz tərəfindən də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təbii və mədəni sərvətlərinin, mövcud bioloji və ekoloji vəziyyə­tinin öyrənilməsi üzrə multidisiplinar tədqiqatlar aparılmaqdadır. Heç şübhəsiz ki, yaxın zamanda bu bölgələrimizə həyat tam şəkildə yenidən qayıdacaq, bu ərazilər öz inkişaf tempi ilə ölkəmizin ən qabaqcıl bölgələrindən bi­rinə çevriləcək.

8 Noyabr – Zəfər Günündə müstəqilliyimiz, ərazi bütövlüyü­müz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xati­rəsini dərin hörmət və minnətdarlıqla yad edirik. Zəfər Günümüz mübarək!

 

ZiM.Az

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir