Haqqımızda

    MÜŞFİQ BORÇALI,

    “ZİYA” qəzetinin və

    “Ziya.İnfo.Az” saytının

    Baş redaktoru,

    filologiya üzrə fəlsəfə doktoru

 

Salam, əziz və dəyərli dostlar!

Nəzərinizə çatdırırıq ki, 

“Ziya.İnfo.Az” saytı –

“ZİYA” İnformasiya Mərkəzi 

“ZİYA” qəzetinin redaksiyası nəzdində fəaliyyət göstərir.

“Ziya” qəzeti – 1950-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin (AzTU)) orqanı kimi “Politexnik” adı ilə nəşrə başlamışdır. Qəzetə uzun müddət Rizvan Qafanlı redaktorluq etmişdir.

24.09.1991-ci ildə instituta universitet statusu verilmiş və Azərbaycan Texniki Universiteti (AzTU) adlandırılmışdır.

Elə həmin vaxt qəzetin adı da dəyişdirilmiş və “Ziya” adlandırılmışdır.

(Qəzetin hazırki baş redaktoru – bu sətirlərin müəllifi – Müşfiq Borçalı (Müşfiq Mədəd oğlu Çobanov) da elə həmin vaxtdan “Ziya” qəzetinin redaksiyasında əmək fəaliyyətinə başlamışdır. Əvvəlcə müxbir, sonra məsul katib vəzifələrində çalışmışdır. Daha sonra isə AzTU-nun Mətbuat şöbəsinin müdiri və “Ziya” qəzetinin Baş redaktoru təyin olunmuşdur.)

30 ildən çoxdur ki, “Ziya” qəzeti elə bu adla da Azərbaycan Texniki Universitetin elmi və ictimai həyatını, tədris-təlim-tərbiyə işi­nin müx­təlif sahələrini işıqlandırmaq, tədrisin keyfiyyətini, gənclər arasında tər­biyə işinin sə­viy­yəsini yük­səltmək, onlarda dövlətçilik, vətənpərvərlik, dostluq, yoldaşlıq hisslərini aşı­­lamaq, mü­­hüm elmi prob­lemləri şərh etmək və istiqamətləndirmək, nəzərə çarpan qü­sur­ların ara­dan qaldırılma­sın­da universitet rəhbərliyinə yaxından kömək göstərmək, uni­versitetin rən­ga­rəng həyatını, təlim-tərbiyə sahəsindəki uğurlarını, kafedralarda və labo­ra­toriyalarda apa­rı­lan el­mi-tədqiqat işlərini, istehsalat müəüssiəsəri ilə elmi və təcrübi əlaqələri, mədəni-kütləvi tədbirləri, tələbə məişətini dolğun işıqlan­dırmaq və s. məsələləri öz qarşısında duran ən mü­hüm vəzifə­­lər­ hesab edir.

“Alimlərimiz”, “Alimlərimizin uğurları”, “Təcrübəli pedaqoqlarımız”, “Məzun­ları­mız”, “Nü­mu­nəvi tələbələ­ri­miz”, “Tələbələrimizin nailiyyətləri”, “Tələbə sözü” və s. müx­­təlif rub­rikalar və janrlarda pro­fessor-müəllim və tələbələrin gündəlik hə­yatı işıq­landırılır, uni­versitetimizin nü­mu­nəvi, əlaçı, startapçı, idmançı, bir sözlə, universitet hə­ya­tın­da fərq­­lənən tələbələr (o cümlədən, Uni­versitet və ayrı-ayrı şirkətlər tərəfindən təsis olun­muş adlı təqaüdə layiq görülən tə­lə­bələr) və yeni in­novasiyalar haqqında məqalər dərc olunur.

Alimlərimiz, eləcə də, tələbələrimizin özləri də müntəzəm olaraq qəzetin səhifə­lərində çıxış edirlər. Onların arzu, təklif və tənqidi qeydləri də qəzetdə öz əksini tapır.

Qəzetin bir sıra rubrikalarında universitet rektorluğunun fəaliyyəti, tədris prosesi, dərs­lik və dərs vəsaitlərinin vəziyyəti, laboratoriyaların, komputer mərkəzinin, el­mi ki­tab­­xa­na­­nın, uni­versitet nəş­riy­yatının, yataqxanaların şəraiti, Ermənistan-Azər­baycan, Dağ­­­lıq Qa­­rabağ mü­naqişəsi üzün­dən AzTU-nun tələbə yataq­xanasında məskunlaşan məcburi köçkünlərin problemləri ilə bağlı məsələlərdən məlumat verilir.

Təcrübəli müəllimlərin iş üsulu, gənc alimlərin elmi fəaliyyəti, fakültə və kafed­ralar­da gö­­rülən elmi-tədqiqat işləri, Təhsilin Avropa standartlarına uğunlaşdırıl­ması, Boloniya pro­se­si­nə qoşulma ilə bağlı yazılar vaxtaşırı olaraq qəzetin sə­hifələrində dərc olunur.

AzTU-nun xarici ölkələrdəki texniki ali məktəblərlə əlaqələri, müəllim və tələbə mü­ba­dilə­ləri, AzTU-da qonaq olan alimlərin universitet kollektivi ilə görüşü, rektorun iş­ti­rak etdyi təd­birlər haq­qında qısaca da olsa imkan daxilində oxuculara məlumat verilir.

Bir sözlə, qəzetdə günün aktual məsələləri, universitetdə gedən yenidənqurma, tə­mir-ti­kinti və abad­lıq işləri barədə maraqlı məqalələr, şərhlər, reportajlar, xəbərlər çap olunur.

Eləcə də, müəllimlərin və tələbələrin, həmçinin AzTU-nun yaradıcı məzunlarının bədii yara­dı­cılıq nümunələri, şeir və heka­yələri dərc edilir. Həmin əsərlərin ayrıca kitab-məcmuə kimi nəş­rini də nəzərdə tutmuşuq. Bu yaxınlarda kitabın I cildini nəşr edəcəyik. Onu da qeyd edək ki, məhz bizim tərtibatımızla bu səpkili bir neçə kitab-məcmuə (“Zəfər”, “Xarıbülbül”, “Qarbağ Azərbaycandır!” və s.) artıq çap olunuraq oxucuların ixtiyarına verilmişdir.

Eləcə də, hazırda AzTU-nun və “Ziya” qəzetinin 75 illik Yubileyi ilə bağlı ayrıca bir kitabın üzərində işləyirik.

Qəzetimizi AzTU ilə yanaşı, respublikamızın müxtəlif bölgələrində abituriyentlər ara­sında da yayımını təşkil edirik və bununla da abituriyentlərə universitetimiz haqqında ət­raf­lı mə­lumat ver­miş oluruq. Qəzetimizdə dərc olunan yazılar, eyni zamanda, ZiM.Az, Zirve.İnfo və s. internet saytlarında, eləcə də Facebook-da – “Ziya” qəzeti” adlı ayrıca səhifəmizdə müntəzəm olaraq yayılır.

“ZİYA.İNFO.AZ” saytını da qəzetimizin onlayn variantı olaraq siz oxucularımızın ixtiyarına verirməkdən böyük məmnunluq duyuruq!

 

Böyük hörmət və ehtiramla,

 

MÜŞFİQ BORÇALI,

“ZİYA” qəzetinin və

“Ziya.İnfo.Az” saytının

Baş redaktoru,

filologiya üzrə fəlsəfə doktoru

 

.