Şəki Mədəniyyət Mərkəzinin bədii rəhbəri, “EN Group Production” şirkətinin təsisçisi Elvin Nüsrətoğlunun moderatorluğu ilə keçən tədbir bədii hissə ilə davam edib.
Bədii proqramda ER Rəqs qrupunun tələbələri “Ana fəryadı”kompozisiyasını təqdim ediblər.
Müğənni Tərxan İbrahimov “Azərbaycan” mahnısını ifa edib.
Daha sonra Yusif Yusifli və Nuray İbrahimxəlilovanın ifasında“Cənab Leytenant”, Hakim Əkbərovun ifasında isə “Azərbaycan” mahnısı səsləndirilib.
Tədbir şəhidlərin xatirəsinə dərin ehtiram, milli-mənəvi dəyərlərə bağlılıq və gənc nəslin vətəndaşlıq məsuliyyətinin gücləndirilməsi baxımından əhəmiyyətli görüş kimi yadda qalıb.
* * *Tədbirdən sonra “Ölməz sevginin dastanı, Turanın Sahibi” kitabının müəllifi, “Telli Sənəm” jurnalının təsisçisi və redaktoru, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və İraq Türkmən Yazarlar Birliyinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı Telli Sənəm Borçalı ZiM.Az-ın əməkdaşına demişdir:
“Yaradıcılıq yolumun 28-ci addımı: “Ölməz sevginin dastanı, Turanın Sahibi” adlı kitabım dünən Mingəçevir Dövlət Universitetinin akt zalında möhtəşəm bir tədbirlə oxuculara təqdim olundu!
Milli ruhun, Turan idealının və vətən sevgisinin tərənnüm olunduğu bu özəl gündə bizimlə bərabər olan hər kəsə minnətdaram.
Tədbirimizin ən ali, ən dəyərli qonaqları isə canlarını bu vətən naminə fəda etmiş müqəddəs Şəhidlərimizin ailə üzvləri idi.
Onların varlığı tədbirimizə sadəcə rəng qatmadı, bura toplaşan hər kəsə əsl vətənpərvərlik dərsi keçdi.
Şəhid ailələrinə göstərilən ehtiram bizim ən böyük mənəvi borcumuzdur.
Bu unudulmaz günün ərsəyə gəlməsində, tədbirin bu cür yüksək səviyyədə, elit və səmimi mühitdə təşkil olunmasında müstəsna xidmətləri olan MDU-nun rektoru Eminov Anar müəllimə və “Telli Sənəm” jurnalının baş redaktor müavini, şair-publisist Tahirə Əliyevaya öz dərin təşəkkürümü və ehtiramımı bildirirəm.
Ziyalıya, kitaba və sənətə verilən bu yüksək qiymət universitetin elmi və mədəni səviyyəsinin bariz nümunəsidir.
Tədbirin sonunda isə iştirakçılara, xüsusilə də gənc tələbələrimizə və qonaqlarımıza yeni kitabımı hədiyyə etdik.
Ümid edirəm ki, bu kitab hər bir oxucunun qəlbində vətən və Turan sevgisini daha da gücləndirəcək.
Həmçinin tədbirə qatılan, çıxışları ilə dəyər qatan və məni tək qoymayan bütün ziyalılara, müəllimlərə və sevgili gənclərə minnətdaram!..”
* * *
Biz də Redaksiya Heyətimiz adından bir daha dəyərli qələm dostumuz, “Telli Sənəm” jurnalının təsisçisi və redaktoru, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və İraq Türkmən Yazarlar Birliyinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı Telli Sənəm Borçalını “Ölməz sevginin dastanı, Turanın Sahibi” adlı yeni kitabının nəfis şəkildə çap olunması və həmin kitabın Mingəçevir Dövlət Universitetində yüksək səviyyədə təqdimatının keçirilməsi münasibətilə ürəkdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..
MÜŞFIQ BORÇALI,
ZiM.Az
.










