• ⌂
  • AZƏRBAYCAN
    • Bakı
    • Naxçıvan
    • Gəncə
    • Sumqayıt
    • Qarabağ
    • Regionlar
    • YAP
    • HİK
    • QHT
  • DÜNYA
    • TURAN
    • Gürcüstan
    • Rusiya
    • Asiya
    • Orta Asiya
    • Avropa
    • Afrika
    • Amerika
    • Diaspor
  • ELM
    • AMEA
    • Humanitar elmlər
    • İctimai elmlər
    • Biologiya və tibb elmləri
    • Digər elmlər
    • Elmi məqalələr
  • TƏHSİL
    • NAZİRLİK
    • AzTU
    • ADPU
    • BDU
    • Digər Ali məktəblər
    • Kolleclər
    • Məktəblər
    • Uşaq bağçaları
  • AzTU
    • Rəhbərlik
    • Universitetin tarixi
    • Xəbərlər
    • MƏZUNLARIMIZ
  • MƏDƏNİYYƏT
    • ƏDƏBİYYAT
      • Folklor
      • Poeziya
      • Nəsr
      • Dram
      • Ədəbi tənqid
      • Ədəbiyyatşünaslıq
      • Bədii tərcümə
  • MEDİA
    • XƏBƏRLƏR
    • KÖŞƏ YAZILAR
  • TARİX və HÜQUQ
  • SAĞLAMLIQ
    • Səhiyyə
    • Qadın dünyası
    • İdman
    • Gənclik
  • DİGƏR
    • İqtisadiyyat
    • Siyasət
    • Sosial
    • Şou və Kriminal
  • ELANLAR
    • Təbriklər
    • Reklamlar
    • Nekroloqlar
  • Unutsaq, Unudularıq!
    • ŞƏHİDLƏRİMİZ
  • TANIYAQ və TANIDAQ!
  • Zim.Az
SON XƏBƏRLƏR
Yolun açıq, gələcəyin işıqlı olsun, Mədinə…BELA ZƏNGİBASARLI: TARİXLƏRDƏ İLHAM ADI QALACAQTanınmış jurnalist FƏRQANƏ MƏHYƏDDİNQIZI Baş redaktor təyin olunub“İnam” İdman Klubunun fəaliyyəti yüksək qiymətləndirilib“Ölməz sevginin dastanı, Turanın Sahibi”Könül FikrətliŞƏHİD – Cəsur, İgid, Qəhrəman AKİF!..ZAUR USTAC: “YARALI CANIN FƏRYADI” (Gülnarə İsrafilin yeni şeirləri)SEVMƏK və SEVİLMƏK – ən böyük dəyərdir…HACI MİRSƏFƏR FƏTİYEVin HAQQA QOVUŞMUŞ KÖNÜL DÜNYASIYolun açıq, gələcəyin işıqlı olsun, Mədinə…BELA ZƏNGİBASARLI: TARİXLƏRDƏ İLHAM ADI QALACAQTanınmış jurnalist FƏRQANƏ MƏHYƏDDİNQIZI Baş redaktor təyin olunub“İnam” İdman Klubunun fəaliyyəti yüksək qiymətləndirilib“Ölməz sevginin dastanı, Turanın Sahibi”Könül FikrətliŞƏHİD – Cəsur, İgid, Qəhrəman AKİF!..ZAUR USTAC: “YARALI CANIN FƏRYADI” (Gülnarə İsrafilin yeni şeirləri)SEVMƏK və SEVİLMƏK – ən böyük dəyərdir…HACI MİRSƏFƏR FƏTİYEVin HAQQA QOVUŞMUŞ KÖNÜL DÜNYASI

BELA ZƏNGİBASARLI: TARİXLƏRDƏ İLHAM ADI QALACAQ

◷ Avqust 11, 2026

TARİXLƏRDƏ İLHAM ADI QALACAQ

 

(Ulu öndərimizinn

vəsiyyətini yerinə yetirən oğula)

 

Düşmənlərə dərin quyu qazana,
Otuz ilin “qara izin” pozana,
Qarabağım, azad oldu yazana,
Tanrı özü hər an kömək olacaq!
Tarixlərdə İlham adı qalacaq!

Torpağımda yallı-halay çəkənə,
Gül yerinə Şəhid qanı əkənə,
Vətənimə, namərd tək göz dikənə,
Dəmir yumruq nədir? başa salacaq!
Tarixlərdə İlham adı qalacaq!

Dünyaya səs saldı İlham, Ərdoğan,
Haqqın zəfərini çatdıran zaman,
Turan birliyini qurduğumuz an,
Düşmənin bənizi, gözü solacaq!
Tarixlərdə İlham adı qalacaq!

Vəsiyyəti gerçək oldu atanın,
Ona halal olsun südü ananın
Əməliylə Ali Baş Komandanın,
Boşalan nə varsa yenə dolacaq!
Tarixlərdə İlham adı qalacaq!

Yurdumuza təşrif etsin qonaqlar,
Alovlansın, daim yansın çıraqlar,
İnşallah alınsa qalan torpaqlar,
Ədalət o zaman zəfər çalacaq,
Tarixlərdə İlham adı qalacaq!

 

BORCLUYAM

Qədirbilən xəlbirimdən ələnməz,
Yaxşı insan ürəyimdən silinməz!
“Dost” sözüdür hecalara bölünməz,
Ələyimdə qalanlara borcluyam.

Söyləmişəm hər an sözün düzünü,
Namərdlərin ələmişəm yüzünü.
Acı olan həqiqətin üzünü,
Şirin olan yalanlara borcluyam.

Allah, yağdır yağışını, dolunu,
İslat bir az ağacını, kolunu.
Az da olsa yaxşıların yolunu,
Ürəyimə salanlara borcluyam.

Çəkən varsa gözəllərin nazını,
Sevən varsa baharını, yazını.
Ruhu ilə kamanını, sazını,
Dilləndirib, çalanlara borcluyam.

Gəlməsinlər min bir hiylə, kələklə,
Danışsınlar xoş arzuyla, diləklə.
Qohum, qardaş- kim olursa, ürəklə,
Salamımı alanlara borcluyam.

Yaxşılıqlar yaddaşlarda kaş qala,
Unutmayan xatirinə bir sala.
Bela deyir, dərin-dərin xəyala,
Kövrələrək dalanlara borcluyam.
08.05. 2026

 

DOSTUYAM

Dost-tanışlar istəyirsə xətrimi,
Çiçəklər tək gözəl olan ətrimi.
Varlığımı, qiymətimi, qədrimi,
Dəyərimi bilənlərin dostuyam!

Dəf edilən yüz bəhanə, kələklə,
Xoş ovqatla, min bir arzu-diləklə,
Gülər üzlə, sevinc ilə, ürəklə,
Şad günümə gələnlərin dostuyam!

Dolu olub, yollarıma yağmayan,
Acığından sifətini boğmayan,
Paxıllıqdan qaş-qabağın yığmayan,
Xoş günümdə gülənlərin dostuyam!

Dənizlərdə batırmayan gəmimi,
Alqışlayan xoş nəşəmi, dəmimi.
Təsəlliylə yox etdiyi qəmimi,
Kədərimi silənlərin dostuyam!

Namus, qeyrət daşıyırsa qanında,
Sevgi, vəfa çağlayırsa canında,
Yıxıldıqda, əl uzadıb, anında,
Əhvalımı bölənlərin dostuyam!

Dar zamanda hamıdan tez gələnin,
Göz yaşımı, əlləriylə silənin.
Duz-çörəyi “Quran” kimi bilənin,
Dost yolunda ölənlərin dostuyam!
12.10.2025.

 

ZiM.Az

 

.

SON YAZILAR

  • Yolun açıq, gələcəyin işıqlı olsun, Mədinə…
  • BELA ZƏNGİBASARLI: TARİXLƏRDƏ İLHAM ADI QALACAQ
  • Tanınmış jurnalist FƏRQANƏ MƏHYƏDDİNQIZI Baş redaktor təyin olunub
  • “İnam” İdman Klubunun fəaliyyəti yüksək qiymətləndirilib
  • “Ölməz sevginin dastanı, Turanın Sahibi”
  • Könül Fikrətli
  • ŞƏHİD – Cəsur, İgid, Qəhrəman AKİF!..
  • ZAUR USTAC: “YARALI CANIN FƏRYADI” (Gülnarə İsrafilin yeni şeirləri)
  • SEVMƏK və SEVİLMƏK – ən böyük dəyərdir…
  • HACI MİRSƏFƏR FƏTİYEVin HAQQA QOVUŞMUŞ KÖNÜL DÜNYASI
  • ZƏRƏNGİZ ŞIXLI: “MÜXTƏLİF  TALELƏR – ALIN YAZISI” (Hekayə)
  • ELMLƏ AÇILIR SİRLƏR
© 2026 ZƏFƏR İNFORMASİYA MƏRKƏZİ
Ana Səhifə   |   Haqqımızda   |   Əlaqə
Novruz.website