Tanınmış jurnalist FƏRQANƏ MƏHYƏDDİNQIZI Baş redaktor təyin olunub

5 min read

TƏBRİK EDİRİK!..

Bu günlərdə tanınmış jurnalist, dilçi-filoloq və ictimai xadim, “Sənət dünyası nuru” jurnalının və “F-5” kanalının təsisçisi və rəhbəri, AYB-nin və AJB-nin üzvü, “Abdulla Şaiq”, “Zirvə”, “Zəfər”, “XXI Əsrin ziyalısı”, “Qızıl qələm” və s. Fəxri mükafatların laureatı, “Xurşidbanu Natəvan” medallı “Heydər Əliyev” mükafatçısı,” “Ədəbiyyat səfiri”,  onlarla kitabın müəllifi, çox hörmətli Fərqanə Məhyəddin qızı Əhmədova “ZƏFƏR” İnformasiya Mərkəzinin – zefer.info.az saytının Baş redaktoru təyin olunub.

O, 1979-cu il iyulun 5-də Goranboy rayonunda ziyalı ailəsində anadan olub. Orta təhsilini Goranboyda aldıqdan sonra, M.F.Axundov adına Azərbaycan Dövlət Pedoqoji Rus dili və Ədəbiyyatı İnstitutunun rus dili və ədəbiyyatı ixtisasına daxil olub və həmin institutun tam kursunu bitirib.
3 il Gəncə şəhərindəki 5 nömrəli məktəbdə müəllim işləyib. Doğma ana dilimizə və ədəbiyyatımıza olan sonsuz sevgisi onu yenidən ali təhsil almağa sövq edib və o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində ikinci dəfə ali təhsil alıb və oranı ələ qiymətlərlə bitirib.
4 il vaxtı ilə təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universitetində) işlədikdən sonra, əmək fəaliyyətini AzMIU-nun əvvəlcə Azərbaycan və rus dili kafedrasında davam etdirib, daha sonra isə Əcnəbi dillər kafedrasının müəllimi işləyib. Hazırda isə ADPU-da çalışır.
Eyni zamanda, “Sənət dünyası nuru” jurnalının və “F-5” kanalının təsisçisi və rəhbəridir.
Fərqanə xanım həm də gözəl anadır. Bir oğlu var.
Şeirləri, elmi və publisistik məqalələri müxtəlif mətbuat or-qanlarında və ədəbi-bədii, elmi-publisistik məcmuələrdə dərc olunub.

Tanınmış jurnalist FƏRQANƏ MƏHYƏDDİNQIZI Baş redaktor təyin olunub

Biz də fürsətdən istifadə edərək, Redaksiya Heyətimiz adından, “Borçalı” nəşriyyatının, “Turan” ədəbi məcmuəsinin, “Sənət dünyası nuru” jurnalının, “Şərqin səsi”, “Ziya”, “Elm və təhsil” qəzetlərinin, “elm.info.az”, “zirve.info”, “borcali.org” və “bolnisi.az” saytlarının rəhbərliyi və bütün yaradıcı heyəti adından çox hörmətli Fərqanə xanımı yeni vəzifəyə –
“ZƏFƏR” İnformasiya Mərkəzinin – zefer.info.az saytının Baş redaktoru təyin olunması münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətində və bədii yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq və aşağıda dəyərli oxucularımıza böyük məmnuniyyətlə onun bir neçə şeirini təqdim edirik.

MÜŞFİQ BORÇALI,
ZiM.Az

AY ANA

Sənsiz bahar ömrüm yaman solubdur,
Gözlərim həsrətdən yaşla dolubdur,
Səninçün ürəyim qübar olubdur,
Hardasan, ay ana, de harda?

Hə vaxtdır çəkmirsən sığal telimə,
Xar qonub çəməndə qönçə gülümə,
Yaman həsrət qalıb bəmim zilimə,
Hardasan, ay ana, de harda?

Səni soruşuram ötən illərdən,
Soruram keçən aydan gündən,
Ətrini alıram əkdiyin güllərdən,
Hardasan, ay ana, de harda?

Sənə yetişməyə həvəsdəyəm mən,
Ağıyla köklənmiş bir bəstəyəm mən,
Karvanın yüklənib, yol üstəyəm mən,
Hardasan, ay ana, de harda?

Tapmıram, iz düşüb izin üstə,
Torpaq pərdə çəkib, izin üstə,
Qoy gəlim, baş qoyum dizinin üstə,
Hardasan, ay ana, de hazırda?

ŞAGİRD YOLDAŞLARIMA!

Qaytarın şagirdlik illərimi siz,
O, ötən illəri qaytarın bir də.
Bir də o çağlari, görsəm biliniz,
Ölmərəm yaşaram neçə əsir də.

Arzu da, istək də o illərdədi,
Gənçliyin hökmü də bağlanmış ona.
Yadigar ürəkdə söz dillərdədi,
Ömür hey düşsə də gündə bir dona.

Şagird yoldaşlarım! Gəlin yığışın,
Uşaqlıq illərindən bir söhbət açaq.
Birgə keçdiyimiz hər yayın, qışın,
Adına söz deyək, bir mahnı qoşaq.

Gəlin xatırlayaq ötən günləri,
Şirin xatirədi hər şadlıq, hər qəm.
Bax sizsiz gəzirəm o şən günləri,
Gəzirəm həsrətlə əlimdə qələm.

Tanınmış jurnalist FƏRQANƏ MƏHYƏDDİNQIZI Baş redaktor təyin olunub

SON GÖRÜŞ

Ayrılırsan ala gözlü dilbərim,
Qoy dillənsin danışmayan dil, barı!
Yaralıdı dağ çəkilmiş ürəyim,
Qoy süzülsün ala gözdən sel, barı!

Qoy doyunca baxım alma üzünə,
Qəlbimi fəth edən ala gözünə,
Qulaq asım qəlb odlayan sözünə,
Külək vursun, qoy oynasin tel, barı!

Ürəyimi didir keçir baxışlar,
Həsrətliyə yolmu açır baxışlar?
Qüssə, kədər odu saçır baxışlar,
Dərd içində yandım axı, gül, barı!

Həsrətinə dözə bilmir ürəyim,
Sənsiz hec həyat da olmaz gərəyim.
Ümidsizəm baş tutmadı diləyim,
Gözlə bir az başa catsin il, barı!

ZiM.Az
nur.info.az

.

Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.