MƏN ŞƏHİD OLDUM Kİ…
Mən şəhid oldum ki, Azərbaycanım,
Yağı düşmənlərdən tam xilas olsun.
Vətən torpağına göz dikənlərin,
Gözləri ömürlük bizdən yığılsın.
Mən şəhid oldum ki, bütün ölkəmiz,
Azadlıq sözünə bürünə bilsin.
Yurdumda yaşayan bütün insanlar,
Axan göz yaşların əbədi silsin.
Mən şəhid oldum ki, ailəm, xalqım,
Qorxusuz yaşasın, şad, xürrəm olsun.
Anam da, atam da, bacım, qardaşım,
Sevgili yarım da sülhə qovuşsun.
ZiM.Az
.









