“ZƏFƏRƏ GEDƏN YOL”

3 min read

İnsanı vətəninə bağlayan, onun ürəkdən gələn sevgisi və sədaqətlidir. Əgər vətəninin sevirsənsə sən əsil vətəndaşsan.

Burda sair düz deyib:

 

“Vətəni sevməyən insan olmaz,

Olsa da o şəxsdə vicdan olmaz”.

 

Biz vətənimizə bağlıyıq, onu sevirik və ona sadiqik.

Hər kəs öz vətən, xalq torpaq sevgisini, əməllərində fərqli boyutda yaşadır.

Vətəni bədii ədəbiyyatda müxtəlif şairlər öz qələmləri ilə könüllərindən gələn sevgi ilə yaşadır. Azərbaycan bizim doğma yurdumuzdur. Yurdumuzun başı çox bəlalar çəkmiş, yağı düşmən hücumlarına məruz qalmışdır. Amma və lakin düşmən vətən oğulları tərəfindən layiqincə cavabını almış və bizə bata bilməyəcəyini qulağına sırğa etmişdir. Can alıb can verdi vətən üçün oğullar. Onları yaşatmaq, tarixdə əbədi bir yerdə saxlamaq isə qələm əhlinin üzərinə düşdü.

Bu qələm sahiblərindən biri də, vətəninə millətinə qəlbən bağlı olan, Qarabağın suyunu içib, havasını udan şair, AJB-nin və AJB-nin üzvü Raziyə Kamilqızıdır. O artıq bir çox kitab müəllifidir və bu kitablar da tarix yazan oğullara olan sevgisini ürək yanğısı ilə qələmə alıb. Bu gün 03.11.2023-cü ildə daha bir kitabı oxucularının ixtiyarına verdi. “Zəfərə Gedən Yol” adının daşıyan bu kitab yenə qəhraman ogulları unutmadı. Bakı şəhəri Yasamal rayon H.Əliyev Mərkəzində baş tutan “Zəfərə gedən yol” tədbirdə, Yasamal rayon İcra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, İctimai Birlik sədrləri, ictimaiyyət nümayəndələri, ziyalılar, bir çox qonaqlar iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhid oğulların xatirəsi ehtiramla yad edilidi.

Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva tədbiri giriş sözü ilə açıq elan etdi.

Raziyə Kamilqızı öz çıxışında qəhraman oğullar haqqında fikirlərini qələmə almaqdan qürur duyduğunu bildirdi və qeyd etdi ki, illərdi ürəyi Vətən, yurd həsrəti ilə alışıb yanırdı, bu həsrətə son qoyuldu Qarabağ öz azadlığına qovuşdu, yurd həsrətim bitdi. Zəfər adlı sevinci yaşayıram indi.

Daha sonra çıxış edənlər: şəhid ailələri, qazilər, AMEA-nın kimya üzrə fəlsəfə doktoru Zülfiyyə Məmmədova, QMƏSİA İB-nin Yasamal rayon şobəsinin sədri Bəhram Şeydayev, iqtisadçı Arzu Əliyeva, Vətənpərvərlər Maarifləndirmə İB-nin sədr müavini Şəhla Hüseinova və başqaları kitab haqqında müsbət fikirlər bölüşüblər.

Sonda xatirə şəkili çəkdirilib.

Müəllifə redaksiyamız adından bu şərəfli yolda uğurlar arzu edirik.

Dəniz Rüzgar,

ZiM.Az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir