ZƏFƏR SEVİNCİ

1 min read

Vətənpərvərlik hər bir insanın ruhunda, canında, qanında olur.

Vətənpərvərlik öncə ailədən sonra isə məktəbdən başlayır.

Bu gün Salyan rayonunun Parça Xalac k’ndind’ki şəhid Seymur Səmədov adına orta məktəbdə AYB və AJB-nin üzvü Raziyə Kamilqızının qələmə aldığı kitabların təqdimatı keçrilib.

Tədbirdə şəhid ailələri, ziyalılar, məktəbin kollektivi, Salyan rayon Uşaq Gənclər Evinin direktoru və digər qonaqlar iştirak edib.

Tədbir şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla anmaqla açıq elan edilib.

Sonra isə qonaqlar çıxış ediblər, məktəblilər şəhidlərin xatirəsinə həsr edimiş şerlər səsləndiriblər.

Sonda müəllif məktəbin kitabxanasına kitablarını hədiyyə edib, məktəblilərə dərslərində uğurlar arzulayıb və xatirə üçün foto şəkillər çəkilib.

Raziyə Kamilqızı,
AYB və AJB-nin üzvü

 

“ZƏFƏR” 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir