Qələbə son deyil, başlanğıcdır, 

milli tərəqqi üçün yeni imkanlardır.                                                        

 Səlahəddin Xəlilov

 

Böyük tarixçilərin düşüncələrinə görə tarixin səhnəsində gö­rü­nən böyük müharibələrin taleyini döyüşən odunun say üstün­lüyü həll etmir. Bu taleyi ilk növbədə ordududa döyüşən əsgərin dü­şüncəsinə hakim kəsilən milli ruhun duruluğu, tamlığı və bö­yük­lüyü həll edir. Qələbənin ab-havasını, dadını hiss edən ölkə tək­cə bu qələbə ilə kifayətlənmir, qalib ruhu saxlamaqla sonralar da silsilə qələbələr yaşayırlar. Buna görə də məntiqi olaraq qali­biyyət yaşayan ölkələr müharibədə qazanılan qələbə ilə bağlı ruh və düşüncə tərzininin dai­ma yüksəkdə olma­sı­nı diqqət mərkəzində saxlayırlar. Bu vacib mə­sələ mahiyyət eti­barı ilə ölkənin müdafiə qabiliyyətini, vətənpər­vərlik tərbiyəsini formalaş­dıran və güclən­dirən əsas faktorlar sırasın­da birinci hesab olunaraq qalib ruhun gələcək nəsillərə təzə və tər ötü­rülməsinə xidmət edir. Vətənin ke­şiyində duran hər kəsin dü­şün­cə­sinə qalib olmaq ruhunun, bu mi­sil­siz dəyərin hakim kəsilməsi üçün onun böyük ustalıqla milli dü­şüncə tərzinə dən kimi səpilməsi, toxum kimi əkilməsi, düzgün be­cərilməsi əsas məqsəd olmalıdır. Qələbəyə aparan yolların hər qarışı ən böyük tarixi uğurmuz, ən uca şərəf anımız kimi dəyərlən­dirilməli və bu xoşbəxtliyi bizlərə bəxş edənlər: “Heç kim unudul­ma­malı və heç nə də yaddan çıxma­malıdır!” Şüb­həsiz ki, bu önəmli məsələ ilk növbədə əsl mütəxəs­sislərə, daha doğ­ru­su bu qə­ləbədə mənəvi payı, haqq-sayı, cəmiy­yətdə yetərli nüfuz sahibi olan insanlara tapşırılmalıdır.

Vətənmizin taleyinə yazılan, arxada qalan son illərin axarını yada sal­dıqda görünür ki, 1988-ci ildən başlayan Qarabağ hadisə­lə­rində Azərbaycan xalqı “Böyük Ermənistan” xülyasına qapa­nan­lar və on­la­rın çox saylı havadarları qarşısında tək qalmışdır. Bu hadisələrdə həll­edici rolu keçmiş Sovetlər biriliyi rəhbərliyi və bəzi xristian təəs­süb­keşliyi oynadı. Onlar bütün illeqal yollarla düşməni dəstək­ləyir, mad­di yardımlar ayırır, mənəvi dəstək gös­tərir, silahlandırır, torpaq­la­­rı­mı­zın zəbt olunmasına isə göz yumur, ya da haqsız fikirlər səslən­dir­mək­lə özlərini sülh sevən, daha to­lerant və ağıllı kimi göstərir­di­lər. Bu xoşa gəlməz hal müharibə bi­tənə kimi davam etdi. Erməni­lərə da­ha çox can yananlıq göstə­rən­lər isə Minsk qrupunun üçlüyü olan  Ru­si­ya, ABŞ, Fransa oldu. Bu siyahıya dindaşımız, eyni zaman­da sər­həd qon­şumuz olan İran İslam Respublikası, həmçinin digər­lə­rini də əla­və etmək olar. Ən dəhşətlisi də o oldu ki, bizə qarşı başla­nı­lan bu məkr­li müharibə­nin taleyini də bizi heç vaxt sevmə­yənlərə tapşır­dı­­lar.

Ürək ağrısı ilə xatırlanan digər vacib bir məsələ də Qarabağ ha­disələri başlayanda ölkədaxili proseslərdə hakimiyyət-vətəndaş birli­yinin yox dərəcədə, dövlət qrumlarının isə hədsiz dərəcədə zəif və qeyri-peşəkar olması idi. Bütün bunlar bir başa düşmənin dəyirma­nı­na su tökmək idi. Nəticədə yenə də əsrlərlə məkrli oyun­ların qurbanı olan Vətənimizin böyük bir hissəsini, bir-birindən igid övladlarımızı, qoca və körpələrimizi itirdik. Həmvətənlər­mi­zin məruz qaldığı əzab­lar, işgəncələr, dağılan ailələr, məhv olunan talelər, yetim körpələrin fəryadı bizlərdə ruh düşkünlüyü yarada­raq uzun müddət ümidsizliyə köklədi. Müharibə isə davam edirdi, zəif silahlanmış lakin mərdliklə döyüşən igidlərimiz ümidini yal­nız Tanrıya  bağlamışdılar.

Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə haki­miyyətə qayıdışı yeni bir dövrün-inkişaf və tərəqqinin əsasını qoy­du. Onun hamıya bəlli dünyagörüşü, beynəlxalq aləmdə nüfuzu, qurub-yaratmaq eşqi, ona olan ümumxalq məhəbbəti qısa bir zamanda ölkəni dirçəlməyə, vətəndaşda isə özünə və dövlətinə itirilmiş inamı geri qaytarmağa başladı.

12 may 1994-cü ildə Qarabağ münaqişəsiylə bağlı Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsi bağlandı. Xalq və or­du­muz nəfəs almağa, özünü toparlamağa bir imkan qazandı. Uzaqgörənliklə bağlanılan bu müqavilə tarixi zəfərimizə gedən yolun astanası oldu. Lakin müqavilənin bağlamasına baxmayaraq, mənfur qonşularımız atəşkəsi tez-tez pozur və bu çox zaman itgi ilə nəticələnirdi. Bey­nəlxalq güc qurumları isə bu stabil hala bizi birdəfəlik öyrəşdirmək, status-kvonu saxlamaq üçün min bir yol axtarırdılar. Elə düşü­nür­dü­lər ki, məğlub bir xalq kimi, onların bizə yaratdığı vəziyyəti, bey­nəlxalq arenalarda söylədikləri ağla­sığ­maz nağılları çarəsiz olaraq qəbul edəcəyik və onlar öz çir­kin xülyalarına qapılaraq, zaman-za­man tarixə hökm edən böyük bir xalqın övadlarını marqurta çevirərək köləliyə öyrəşdirəcəklər.

Bir gün şəhidlərimizin sərdarı-Mübariz İbrahimovun qəlbinə Tu­ran dünyasının sevimlisi Ərdoğanın təbirincə desək: “Biz bir gecə qəfil gələ bilərik və hər yerə gələ bilərik” duyğusuna bənzər mü­qəddəs bir hiss hakim kəsildi.

Mübariz İbrahimov bir gecə düşmənin üstünə qəfil yeridi… 2010-cu ilin iyun ayının 18-dən 19-na keçən gecə, son müqəddəs arzularını və düşüncələrini ata və anasına ünvanladığı bir məktuba köçürərək, düşmənlə olan təmas xəttinə yürüdü. Bütün gecəni düş­mənlə tək başına vuruşan Mübariz İbrahimov şəhid olana qədər əsl igid kimi döyüşdü. Həmin gecə düşmənin ən dəhşətli, qorxulu gecəsi oldu. Bir Azərbaycan əsgərinin igidliyi hesabına, düşmən ağıla sığmayan bö­yük itkilər verdi. Ən önəmlisi isə bu gecə Azər­baycan əsgərinin bir­dəfəlik düşmənin qorxulu yuxusuna, ən böyük vahiməsinə çevrilmə­sinin başlanğıcı oldu.

Mübariz İbrahimovun igidliyi dillərə dastan oldu. Bütün dünya türk övladının misli görünməmiş igidliyindən danışırdı… Azərbay­can xalqı çox qürurlu idi. Ölümə meydan oxumaqla, ölümsüzlüyə gedən yolun fəlsəfi dərkini göstərən Mübariz, minlərlə gəncə ör­nək oldu. Növbəti döyüşlərdə gənclərimiz onun yolunu seçməklə bir daha Türk kimliyini, igidliyini təsdiq etmiş oldular.

2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecə düşmən qəfil tə­mas xəttini pozaraq hücuma keçdi. Ayıq-sayıqlığını itirməyən or­dumuz ermənilərin növbəti təxribatına cavab olaraq ayağa qalx­dı. Qısa zaman kəsiyində, təqribən 40 dəqiqə ərzində düş­mə­nin mü­qavimətini tam dağıdaraq ona layiqli cavab verdi. Böyük şü­caət gös­tərən igidlərimiz tarixi qələbəyə imza atdılar. Onlar Lə­lə­təpə yük­səkliyi və onun ətraf bölgələrini düşməndən tamamilə azad edə­rək üçrəngli bayrağımızı zirvədə ucaltdılar. Xalqımız ya­yılan bu xoş xəbərə olduqca çox sevindi, bu şanlı tarixi anı böyük bayram etdi. Bu dönüş nöqtəsi idi. Azərbaycan xalqı, Azər­baycan dövləti bir daha tam əmin oldu ki, ordumuz düşmən tap­dağında inildəyən torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır. Şan­lı ordumuzun gücünü görən düşmən və onun hava­darları isə al­dıqları ağır zərbədən başa düşdülər ki, bundan sonra belə bir güc­lü ordunun qabağında tab gətirmək onlar üçün çox çətin olacaqdır.

2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvə­lə­ri növbəti təxribata əl ataraq ordumuzun Tovuz rayonu isti­qa­mə­tin­də  mövqe­ləri­mizi aramsız atəşə tutmağa başladılar. Ordumuzun ayıq-sayıqlığı və cəsarəti hesabına hücumun qarşısı qısa bir müd­dətdə alındı. Düşmən növbəti günlərdə də yaşayış məntəqələrini, mülki insanları ataşə tuturdu. Belə təxribatların birində general-mayor Polad Həşi­mov, polkovnik İlqar Mirzəyev və bir necə hər­bi­miz şəhid oldu. Bun­dan hiddətlənən nəinki xalqımız, eləcə də qar­daş ölkələrin xalqları da bizi dəstəklədi. Azərbaycanda xalq dövlət birliyi ən yüksək həddə çatdı. Gənlərimiz hərbi komis­sar­lıqlara gələrək döyüşə getmək istədiklərini israrla tələb edirdilər. Artıq səbr kasası daşmışdı. Qocalı cavanlı hamı bir əsgə­rə çev­rilmiş, bir ağızdan qisas  tələb edirdi.

Bütün bunlardan dərs almayan düşmənin 2020-ci il setyabrın 27-də törətdiyi növbəti təxribat onlara baha başa gəldi, Azər­baycan Silahlı Qüvvələri yenidən hərəkətə keçdi. Ordu ilə bir­likdə xalq, dövlət strukturları da ayağa qalxaraq Ali Baş Ko­mandanın ətra­fında yumruq kimi birləşdi. Döyüşün elə ilk anından uğurlar bir-biri­nin ardınca özünü göstərməyə başladı. Noyabrın 8-də 28 illik həs­rətdən sonra Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi Azər­baycan xalqı üçün böyük əhəmiyyət kəsb edən tarixi hadisə oldu. Onun azad edilməsi dünya hərb tarixinə düşən misilsiz hərbi əməliy­yat  idi.

Ordumuz dünyanı heyrətləndirəcək qısa bir zaman kəsiyində-cəmi 44 gün müddətində bizlərə böyük Qələbə sevincini bəxş etdi. “Məğ­lub edilməzliyi”, “rəşadəti” ilə lovğalanan Ermənistan Silah­lı Qüvvə­ləri, onların  havadarlarının min bir canfəşanlığına bax­ma­yaraq, kapi­tuliyasiya aktını imdad diləyərək, yalvara-yalvara, hansısa qaranlıq zirzəmidə imzaladı.

Ordumuzun döyüşlərdə göstərdikləri hünər milli ruhun tamlı­ğının və böyüklüyünun əsl təntənəsi idi. Bu igidliyi düşmənin dilindən eşitmək bir başqa qürurdur! “Təxminən 400 əsgərlə hü­cuma keçmiş­dilər, vurduq, ardınca ikiqat, üçqat güclə gəldilər. Bir ölənin yerini ikisi, üçü tuturdu. Güllə vururduq, sanki ağrı hiss etmirdilər, “zombi” kimi üstümüzə gəlirdilər…” və ya “Azər­bay­can əsgərləri dəniz dal­ğası kimi gəlirdi və ikinci dalğa birincidən daha güclü olurdu. Azərbaycan əsgərləri çiynindən, hətta sinəsin­dən yara alırdı, ancaq qanı axa-axa hücum edirdi. “Onlar sanki ter­minator idilər”- deyə erməni əsgərləri özləri də etiraf edirlər.

Bu böyük uğuru, misilsiz qələbəni Azərbaycan Respublika­sı­nın Prezidenti İlham Əliyev özünün 2020-ci il 3 dekabr tarixli Sə­rancamı ilə “Zəfər Günü” kimi əbədiləşdirdi. Bu tarixi günü xal­qımız qürur və fəxarət hissi ilə qeyd edir.

Sülhsevər Azərbaycan dövlətinin yaratdığı tarixi imkanları düz­­­gün dəyərləndirməyən Ermənistan hakimiyyəti yenidən Qara­bağda gizlənən terrorçu dəstələri min bir yollarla silahlandırmağa başladı. Gizli yollarla gətirdikləri silahlar hesabına tez-tez terror aktları törədirdilər. Belə bir növbəti təxribat da sentyabrın 19-da gecə saatlarında Xocavənd rayonundan keçən Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrində baş verdi. Əvvəlcə AAYDA-nın 2, daha sonar isə DİN-nin 4 əməkdaşı minaya düşərək həlak oldu­lar.

Bundan sonra Müdafiə Nazirliyi hərəkətə keçdi, rəsmi məlumat yayaraq bildirdi ki, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması, Azərbaycanın Kons­titusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli “Antiterror” tədbirlərinə başlanıldı.

Sentyabrın 19-da başlanan lokal xarakterli “Antiterror” əməliy­yatı bir gündən də az çəkdi. Ordumuzun peşəkarlığı nəticəsində terrorçu qüv­vələr və onların döyüş mövqeləri məhv edildi. Bir sıra strateji əhə­miyyətli yüksəklikləri əsgərlərimiz tam nəzarətə götür­dü­lər. Qara­bağın erməni sakinlərinin Rusiya sülhməramlıları va­si­təsilə müraciə­tini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da bir sıra dəqiq şərtlərlə lokal xarakterli “antiterror” tədbir­lərinin dayandırılma­sı barədə razılıq əldə olundu. “Antiterror” təd­birlərinin dayandırılma­sın­da əsas şərt Ermənistan silahlı qüvvələ­ri­nin töküntülərinin torpaq­la­rmızı tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin özünü bu­raxması və bu proseslərin Rusiya sülh­­­məramlılarının nəzarəti al­tın­da həyata keçirilməsi idi. Onlar bu şərtlərə sakitcə əməl etməli oldu­lar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bay­rağını ucaltdı və tarixi çıxış etdi. Onun Azərbaycan xalqına olan konseptual müraciəti istər ölkəmizdə, istərsə də xarici döv­lət­lərin siyasi dairələrinin böyük marağına səbəb oldu. Bu çıxış sü­rətlə inkişaf edən bir dövləti xoşbəxt gələcəyə aparan “yol xəri­tə­si” idi. Ən önəmlisi İlham Əliyevin tarixin səhifəsinə qızıl hərf­lər­lə yazılan sözləri-“İstədiyimiz isə bax, burada dalğalanan Azər­baycan Bayrağı­dır!” tarixi gerçəkliyin təsdiqi oldu.

ABŞ-ın I vitse-prezidenti (1789-1797) və II prezidenti (1797-1801), VI prezidenti (1825-1829) Con Kuinsi Adamsın atası Con Adams demişdir: “Respublika siyasi quruluşunun uğurları onun liderlərinin şöhrətindən aslıdır.” Dahiyanə deyilmiş bu böyük fikrin töhfələrini görmək Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev şəxsində nəsib oldu.

Bu günlərdə  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini bayram edən qədirbilən xalqımız, Azərbaycan Respub­likası­nın Prezidenti İlham Əliyevi  beynəlxalq aləmdə qəbul olu­nan böyük nüfuzlu, görkəmli sülh və müasirlik carçısına örnək olan dövlət xa­di­mi, dünya azərbaycanlılarının vahid sevgi ünvanı, qalib ölkənin mü­zəf­fər Ali Baş Komandanı, nurlu sabahlara, so­sial-iqtisadi inkişafa və yüksəlişə inamla addımlayan, qətiyyətlə: “Nəyi, necə, nə vaxt et­mək lazımdır, bunu mən bilirəm” deyən bir dövlətin prezidenti kimi gör­dükcə daha da fəxr edir, qürur duyur, Ulu Öndərin ruhu­na  dualar oxuyaraq: “Mən fəxr edirəm ki,  azər­baycanlıyam”  deyir.

 

Vidadi Orucov Ömər oğlu

Lənkəran Dövlət Universiteti

pedaqogika üzrə elmlər doktoru

 

doktorant Məhəmməd Çunayev Məhəməli oğlu

Magistr Nurəli Abdullazadə Niyaz oğlu

 

ZiM.Az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir