AzTU-nun yeni prorektoru Rəşad Əliyev kollektivə təqdim olunub
2 min readTƏBRİK EDİRİK!..
Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin 11.08.2021-ci il tarixli əmrinə əsasən, Rəşad Əliyev Azərbaycan Texniki Universitetində (AzTU) Rəqəmsallaşma və layihələr üzrə prorektor vəzifəsinə təyin olunub.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib.
Rektor bildirib ki, Rəqəmsallaşma və layihələr üzrə prorektor vəzifəsi AzTU-da yeni təsis olunub.
Qeyd edək ki, Rəşad Yavər oğlu Əliyev – 1980-ci ildə Bakı şəhərində anadan olub.
1997-2003-cü illərdə Türkiyə Respublikasının İstanbul Universitetində inzibati idarəetmə ixtisası üzrə bakalavr səviyyəsində təhsil alıb.
2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) menecment ixtisası üzrə (MBA proqramı) magistr pilləsini bitirib.
2017-ci ildə isə ekonometriya ixtisası üzrə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru olub.
2005-2006-ci illərdə “Azərbaycan Ticarət və Dağıtım” MMC, “Azərsun Holdinq” və “Sun Qrup Menecment” MMC-də dizayner, marketinq mütəxəssisi, məhsul müdiri vəzifələridə çalışıb.
2006 – 2009-cu illərdə “Azərbaycan Sənaye Bankı” ASC-də bank proqramı üzrə mütəxəssis, informasiya texnologiyaları üzrə baş mütəxəssis, İnformasiya texnologiyaları departamentinin direktor müavini, İnformasiya texnologiyaları şöbəsinin müdiri vəzifələrində işləyib.
2009-2012-ci illərdə “Royal Bank” ASC-nin İT departamentinin direktor müavini, direktoru vəzifələrində çalışıb.
2014-2016-ci illərdə “Zirvə İdman Kompleksi” MMC-də (AAAF Park Yaşayış Kompleksi) direktor müavini, 2018-2020 “AAAF Holdinq”in İdarə Heyətinin sədri vəzifələrini icra edib.
10 il müddətində MilliNet internet mükafatının təşkilat komitəsinin üzvü olub, həmçinin “Startup Azerbaijan”da mentorluq fəaliyyəti ilə məşğul olub.
2021-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) “HÜB 1887 İnkubasiya və Akselerasiya Mərkəzi”nin müdiri vəzifəsində işləyib.
Təhsil nazirinin əmri ilə 2021-ci il avqustun 11-də AzTU-nun Rəqəmsallaşma və layihələr üzrə prorektoru təyin olunub.
Biz də Rəşad müəllimi AzTU-nun Rəqəmsallaşma və layihələr üzrə prorektoru vəzifəsinə təyin olunması münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
.