AzTU-nun Kitabxana İnformasiya Mərkəzinin əməkdaşları beynəlxalq təlimdə iştirak edib

1 min read

“EİFL”in təşkilatçılığı ilə “Open science train the trainer bootcamp” onlayn beynəlxalq təlimi keçirilib.

“Open Science”, “Open Access”, “Creative Commons Licenses”, “Open Access Publishing”, “Digital Repositories”, “Research Data Management” və digər mövzularda keçirilən təlimdə Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva və rəqəmsallaşdırma və kitabxana sistemləri üzrə baş məsləhətçi İltifat İbrahimov iştirak edib.

Təlimdə müasir informasiya resurslarının əlçatanlığı, elmi araşdırmalara resurs və xidmət baxımından dəstək, açıq repozitoriyaların qurulması, elmi araşdırmaların uzunmüddətli şəkildə qorunması, beynəlxalq səviyyəli jurnallarda məqalə nəşrinə dəstək, ölkədə açıq əlyetərlilik təşəbbüslərinin inkişaf etdirilməsi və digər istiqamətlərdə vacib məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Bir həftə davam edən təlimin sonunda kursu müvəffəqiyyətlə başa vuran AzTU əməkdaşlarına sertifikat təqdim olunub. Həmçinin onlar təlimçi olmaq hüququ əldə ediblər.

 

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir