AZƏRBAYCANIN ZƏFƏR BAYRAMI BÖYÜK FƏRƏH VƏ COŞQU İLƏ QEYD OLUNUR

8 min read

Akademik

İRADƏ HÜSEYNOVA

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

 

 

Artıq üçüncü ildir ki, müstəqil döv­lətçiliyimizin təntənəsi, ərazi bütöv­lü­yü­müzün bərpası və milli qürurumuzun təsdiqi olan, Azər­baycan döv­lətinin və xalqının əbədi qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə ya­zılmış Zəfər bayramı fərəh hissi və coşqu ilə qeyd olu­nur. Düşmən dövlətlərlə savaşlarda qazanılmış tarixi qələbələrin, xüsusən bu döyüşlərdə ölkə torpaqlarının yad tapdağı altından azad edilmə­sinin hər hansı xalqın özünüdərkinin və özünəina­mı­nın artmasına, siyasi, iqtisadi və milli-mənəvi yük­səlişinə doğru atılmış ən böyük, inqilabi bir addım olduğu şəksiz­dir.

Azərbay­can xalqı, bütün dünya azərbaycanlıları 44 günlük Və­tən mühari­bəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əli­yevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun şücaəti sayə­sində, şəhid və qazilərimizin qanı, canı bahasına qazanılmış böyük Zəfə­rin, Azərbaycan bayrağının bütün Qarabağda, xüsusən də Şuşa­da, Laçında, Xocalıda, Xankəndi şəhərində dalğalan­ma­sı­nın sevinci ilə yaşayır. Əminəm ki, bu sevinci bir dəfə hiss etmiş xalq­la artıq heç kəs güc dili ilə danışa, torpağına, şərəfinə, müstə­qilli­yinə, təhlükəsiz­liyinə göz dikə bilməz!

Builki bayram, həmçinin xüsusi bir özəlliyə malikdir. Azər­baycan dövləti son 3 ildə ardıcıl olaraq yaxınlaşdığı daha bir məq­sə­dinə çatıb. 23 saatlıq antiterror tədbirlərində dövlət suveren­li­yi bü­tün əra­zi­lərimizdə tam şəkildə bərpa edilib, düşmən qüv­və­lər tərk-silah edi­lib, torpaqlarımızı tərk ediblər. Antiterror tədbir­lərinə hazırlıq da bö­yük siyasət və iradənin göstəricisidir: pro­seslər ötən ilin deka­brında Laçın yolunda ekoloqların çıxışları və dövlət sər­hə­dində buraxılış məntəqəsinin qurulması ilə intensivləşib, düş­mə­nin hərbi təchizatının qarşısı qətiyyətlə alınıb.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin sarsılmaz iradə və qətiyyətlə davam və inkişaf et­dirdiyi, milli dövlətçiliyin və tam müstəqilliyin təmin olunmasına, iqtisadiyyatının möhkəmləndirilməsinə, region­da ən güclü ordu­nun qurulmasına, silahlı qüvvələrin mödern­ləş­di­ril­­məsinə istiqa­mətlənmiş strateji siyasi kurs Böyük Zəfərin və suverenliyin tam bərpasının həlledici bazisi olub. Buraya dövlət başçımızın yüksək ustalıq və zərgər dəqiqliyi ilə həyata keçirdiyi diplomatiya və in­formasiya siyasətini, beynəlxalq təşkilatların, xü­susən BMT-nin, Avropa struk­turlarının, Türk Dövlətləri Təş­kila­tının, Qoşulmama Hərəkatı­nın, İs­lam birliyinin tribuna­larında əldə etdiyi ciddi uğur­ları da əlavə etmək lazımdır. Pre­zident İlham Əli­ye­vin bu sözləri həmin tribu­nalardan səsləndirdiyi fikirlərin baş­lıca tezisi kimi qəbul edilə bilər: “… Bu, ədalət məsələsidir, bu, milli qürur mə­sələsidir və bu, beynəlxalq hü­quq məsələsidir. Bey­nəlxalq hüquq və bütün bey­nəlxalq ictimaiyyət Dağlıq Qara­bağı Azər­baycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa etdik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qa­lan qətna­mələrini icra etdik”.

Müzəffər Ali Baş Komandan bu və digər müstəvilərdə Fransa kimi ermənipərəst dövlətlərdən, siyasi və hərbi mərkəzlərdən öl­kə­mi­zə yönələn təhdidləri bu gün də zərərsizləşdirməkdə davam edir. Bu gün Azərbaycan Respublikası yerləşdiyi coğrafiyada tari­xən mövcud olmuş bütün dövlətlər və dövlət qurumları sırasında öz gücü, intensiv iqtisadi və mədəni inkişafı, siyasi mühitdə de­mokratik sistem qurucu­luğu, insan indekslərinin yüksək kəmiy­yət­lərinin təmin edil­məsi ilə seçilir. Dövlətimiz birmənalı olaraq xal­qın iradəsinin nəzərə alınması ilə, sarsılmaz xalq-iqtidar birliyi və əmin-amanlıq şəraitində idarə olunur. Bütün bunlar, eləcə də iş­ğal­­dan azad edilmiş ərazilərdə bir an belə dayanmayan irimiq­yaslı quruculuq işləri, regiona “Böyük Qayıdış” Azərbaycan Pre­zi­den­ti­nin böyük siyasi, iqtisadi, mədəni, dövlətçilik, elm və təhsil stra­tegiyasının həyata keçirilməsi sayəsində gerçəkləşdirilib və daha da intensivləşdirilməkdədir.

Qələbədən ötən dövr ərzində həm Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji mə­sələlər üzrə İşçi Qrupunun üzvü kimi, həm də AMEA Biolo­giya və Tibb Elmləri Bölməsi tərəfindən keçirilmiş tədbirlərin təşki­latçısı kimi mən Ağdam, Laçın, Zəngilan, Şuşa, Füzuli, Tərtər və digər rayonlara dəfələrlə səfər edib, işğaldan azad edilmiş ərazi­lərdə aparılan quruculuq işlərini böyük fərəhlə müşahidə etmişəm. Füzuli şəhərində ilk yaşayış massivinin istifadəyə veril­məsi ilə məskunlaşmaya baş­lanılması, keçmiş qaçqınların Laçına, Zəngi­lana və digər ərazilərə axınla qayıdışı, bu ərazilərdə elektrik stan­si­­yalarının, fabrik və sex­lə­rin, kənd təsərrüfatı müəssisələrinin işə düşməsi sevindirici hadısə­lərdir. Ötən 3 il ərzində Azərbay­canın mü­vafiq elmi-tədqiqat müəs­si­sələri və alimləri Azərbaycan Res­publikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mər­kəz­ləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqə­lən­dirmə Qərargahının nəzdində fəaliyyət gös­tərən İdarələrarası Mər­kəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun, eləcə də müxtəlif sə­viyyələrdə yaradılmış digər işçi qrupların işində, müvafiq fəa­liyyət proqramlarının icrasında, region üzrə bioloji və radioekoloji monitorinqlərin həyata keçirilməsində, Ermənistanın Qarabağda törətdiyi ekoloji terrorun miqyasının qiymətləndiril­mə­sində fəal şəkildə iştirak ediblər.

AMEA-nın vitse-prezidenti qeyd edib ki, alimlər tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yeraltı və yerüstü, canlı və cansız, təbii və mədəni sərvətlərinin, mövcud bioloji və ekoloji durumunun, ərazilərin inkişaf perspektivlərinin öyrənilmə­si üzrə multidisiplinar tədqiqatlar aparılmaqdadır.

Bildiyimiz kimi, 2023-cü ildə Azərbaycan Respublikasının “Qır­mızı kitabı”nın III nəşri işıq üzü görüb. Bu nəşr Ekologiya və Tə­bii Sərvətlər Nazirliyinin, AMEA-nın və Elm və Təhsil Nazir­li­yi­nin tabeliyində olan müvafiq institutların, bütün yaradıcı kol­lek­ti­vinin Ulu Öndərin 100 illik yubileyinə töhfəsidir. II nəşrdən fərq­li olaraq, bu dəfə nadir və itmək təhlükəsində olan flora və fau­na növ­lərinin tədqiqi və beynəlxalq meyar və kate­qo­riyalarla qiy­­mət­ləndirmə və “Qırmızı kitab”a daxil edilmə pro­sesinə Qara­bağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əraziləri də cəlb edi­lib.

“Prezident İlham Əliyev suverenliyi və ərazi bütövlüyü uğ­run­da gedən mübarizə də daxil olmaqla, bütün taleyüklü məsələlərdə Azərbaycan xalqına arxalanır, xalq isə son 20 il ərzində onun apar­­dığı siyasəti tam şəkildə dəstəkləməklə öz liderinə güvənir. Ye­nə də ehtiyac olarsa, məhz onun rəhbərliyi dövründə vətənpər­vərlik ruhun­da tərbiyə edilmiş fədakar Azərbaycan oğulları dövlət başçımızın çağırışı ilə Vətənin şərəfi və namusu, müstəqil döv­lətçiliyimizin, ərazi bütövlüyümüzün qorunması uğrunda mübari­zə­yə qalxa bilərlər. Lakin əminəm ki, bundan sonra daha Vətən yo­­­­lunda ölmək deyil, yaşamaq və yaratmağa, gənclərimizin qüv­və, elmi bilik və intellekt­lərini xalqımızın və dövlətimizin inkişafı yo­­lunda sərf etməyə ehtiyac olacaq. İşğaldan azad edilmiş ərazi­lərimizdə Prezidentin rəhbərliyi ilə yeni-yeni infrastruktur layi­hələri həyata keçiriləcək, müasir, abad, “ağıllı” yaşayış məntə­qə­ləri insanların istifadəsinə veriləcək, müxtəlif təsərrüfat sahələri bərpa və inkişaf etdiriləcək, yeniləri yaradılacaq. Prezident İlham Əliyev sözünə hər zaman sadiqdir. Onun “Biz Zəngəzura da qayı­dacağıq, amma bu, hərb yolu ilə deyil, dinc yolla baş verəcək” – sözləri də, şübhəsiz ki, gerçəkləşdiriləcək.

Əminəm ki, siyasi, iqtisadi, sosial-mədəni, milli-mənəvi inkişaf yolunda dövlətimizi və xalqımızı yeni-yeni zirvələr, daha böyük uğurlar gözləyir. Çünki dünya “siyasi okeanı”nda uğurla öz məq­səd­lərinə doğru üzən Azərbaycan adlı gəminin sükanı böyük Li­de­rin güclü əllərindədir.”

ZiM.Az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir