AzTU-da tələbələrə antinarkomaniya mövzusunda seminar keçirilib

1 min read

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə tələbələrə antinarkomaniya mövzusunda seminar keçirilib.

Seminarda çıxış edən AzTU-nun Sosial İnkişaf Mərkəzinin direktoru Qəmər İsayeva bildirib ki, narkomaniya bəşəriyyətin ən qorxulu bəlasına çevrilib. Dünyanı ciddi şəkildə narahat edən bu problemlə bağlı gəncləri maarifləndirmək məqsədilə universitetdə mütəmadi olaraq antinarkomaniya mövzusunda seminarlar təşkil olunur.

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin müvəkkili, polis mayoru Kamran Mayılov narkomaniyanın bəşəriyyətə vurduğu fəsadlardan söz açıb. Qeyd edib ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövlətlə yanaşı, cəmiyyətin hər bir fərdi də fəal rol oynamalıdır. Eyni zamanda bu istiqamətdə maarifləndirmə işlərinin genişləndirilməsinin zəruriliyi də xüsusi vurğulanıb.

Daha sonra  narkomaniyanın insan həyatına təhlükəsini və fəsadlarını əks etdirən müxtəlif videoçarxlar nümayiş olunub.

“Ziya”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir