MÜQƏDDƏS ŞƏHİDLİK ZİRVƏSİ

4 min read

 Unutsaq, unudularıq!..

 Ayaz Azər oğlu  Kərimov

Şəhidlik müqəddəs məqsəd üçün həyatını verməkdir. Bizim üçün vətən, torpaq, şərəf kimi anlayışlar müqəddəsdir. Və bu müqəddəs dəyərlərimizə hər hansı səbəblə zərər verəcək, dil uzadacaq kimsələrə heç çəkinmədən müharibə edər, lazım gələrsə canımızı verərik.

Şəhidlik dinimizə görə ən yüksək mərtəbələrdən biridir. Bu sıraya çatan cənnətlə mükafatlandırılımışdır. Şəhidlərimizin qanı ilə yuyulan bu torpaqda yaşayırıq. Bu gün biz bu torpaqda hərəkət edib xoşbəxt yaşayırıqsa, bizlər üçün ölümə qorxusuz getmiş şəhidlərimizin sayəsindədir. Onlar vətən deyincə gözləri heç bir şeyi görməyən, geridə buraxdıqlarını düşünmədən öncə vətən deyən möhtəşəm insanlardır. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Xalq şairi Bəxtiyar Vahabzadə şəhidləri belə vəsf etmişdir:

 Qatil gülləsinə qurban gedərkən

Gözünü sabaha dikdi şəhidlər.

Azərbaycanın müsdəqilliyi, torpaqlarımızın toxunulmazlığı uğrunda canlarını fəda etmiş şəhidləri müqəddəs bir amal bir­ləşdirdi. “Biz gəldi-gedərik,təki vətən yaşasın.” Bu amalla yaşa­yan şəhidlər misili görünməmiş iradə, yenilməzlik nümayiş et­dirdilər.

Vətən, xalq sevgisi idi onlara cə­sarət verən, sıraları möhkəm edən.

27 sentyabr 2020-ci il. O gün Azərbaycanın tarixində, qəhrə­man­lıq salnaməsində yeni səhifə açıldı. Bu səhifə Azərbaycan əsgərinin şü­ca­yəti, zəfər yürüşü, Ordumuzun Və­tən uğrunda sa­vaşı ilə yazıldı. Azər­bay­can ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Azər­bay­canın ayrılmaz tərkib hissəsi ki­mi ta­nı­dığı Qarabağı və ətraf ra­yon­ları düşmən işğalından azad etmək üçün müqəd­dəs döyüşə baş­ladı. Düş­mən tapda­ğında qalan el-oba­mı­zı kafir cayna­ğından qurtar­maq, üç­rəngli bayrağı­mızı azad olun­muş ya­şayış məntəqə­lərinə asmaq üçün başlayan bu yürüş hamının ürə­yindən xəbər verdi. “Dəmir Yumruq” əmə­liy­yatı adı ilə Azər­­baycanın yeni tarixinə yazılan 44 günlük Vətən savaşı ər­zində əsgərlərimizin hər biri öz şücayəti ilə qəhrə­man­lıq yazdı.

Azərbaycanın ərazi bütövlüyünün təmin olun­ması, müqəd­dəs torpaqlarımızın düşmən işğalından azad edil­məsi uğrunda Vətən müharibəsində şəhid olan igidlərimizdən biri şəhid  Ayaz Azər oğlu  Kərimov 12 fevral 2002-ci ildə Salyan rayon Çadırlı kəndində anadan olmuşdur.

Uşaq yaşlarından bayraq sevdalı olan Ayaz Kərimov vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Və­tən darda olan zaman əsl vətənpərvər oğul kimi silaha sarı­lıb.

Vətən dardadır, bizi səsləyir deyib Ayaz. Ölümün gözünə ölumsüz baxan Ayazın qorxmaz, qartal baxışlarından diksinən güllələr ondan yan keçsə də… Təəssüflər olsun ki…

14 oktyabr 2020-ci il tarixdə Su­qovuşan Talışkənd uğrunda gedən gər­gin döyüşlərdə qəhramanlıqla şə­hidlik zirvə­sinə uca­lıb.

Ayazın gəzir sorağı,
Qarabağda yanır çırağı.
Dalgalanır vüqarla
Azərbaycan bayrağı.

 Ayazın xoş arzuları
Oyadacaq hər bir kəsi.
Unudulmaz şəhidimiz
Tarixlərdə yaşayacaq.

Ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin səran­cam­larına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqo­vu­şanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Vətən torpaqları uğrunda canlarını fəda edən igid, qəhrə­man oğul­lar daima qəlblərdə yaşayacaqdır.

Raziyə KAMİLQIZI,
AYB və AJB-nin üzvü

 

 “Zefer.info.az”

 

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir