Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin ABŞ Konqresinin Nümayəndələr Palatasının bədnam layihəsinə etiraz BƏYƏNATI
3 min readABŞ-ın ermənilərə qulluq edən Nümayəndələr Palatasının erməni əsilli üzvü Anna Eşu (Demokratik,Kaliforniya) və ermənipərəst üzvü Kristofer Smitin həmmüəllifliyi ilə dünyada mövcud olmayan “Dağlıq Qarabağ” yəni Azərbaycanın Yuxarı Qarabağ ərazisində qeyri qanuni məskunlaşmış erməni əhalisinə qarşı “etnik təmizləmə” kompaniyası həyata keçirildiyi üçün Azərbaycanın qınanması adlı qərəzli qətnamə layihəsi irəli sürülüb. Bu layihə indiyədək ABŞ Komqresinin Nümayəndələr Palatasının ölkəmizə qarşı irəli sürülmüş digər iftira dolu layihələr seriyasındandır. Belə ki, 1700-cü illərdən etibarən Rus Çarlığı tərəfindənQərbi Azərbaycanda və Yuxarı Qarabağda Azərbaycan türkləri öz ata-baba yurdlarından müxtəlif vaxtlarda kütləvi şəkildə sürgün edilərək onların evlərinə, yurdlarına ermənir yerləşdirilməklə sünu şəkildə ermənilərin sayının artırılmasına xidmət edən Rusiyanın və ermənilərin hərkətlərinə qarşı göz yuman saxtakarların gözləri bu gün erməni iş adamlarının onlara verdikləri rüşvət xarakterli pulların müqabilində açılıb.
ABŞ-da bütün Konqresmenlər çox yaxşı bilirlər ki, müxtəlif zamanlarda Qərbi Azərbaycanda və Yuxarı Qarabağda əhalinin say tərkibinin müəyyənləşdirilməsi üçün aparılmış siyahıyalma zamanında Azərbaycan ərazisində yaşayan erməni əhalinin sayı üsyünlük təşkil etdiyi müəyyənləşməyib. Sovet dövləti dövründə Azərbaycan əhalisinə kütləvi şəkildə hücüm edən Sovet rejimi 1920, 1923, 1937-39, 1948, 1952, 1988-89-cu illər ərzində Azərbaycan türklərini Qarabağdan və Azərbaycan ərazisində yeni yaranmış Ermənistandan sürgün edilərkən ABŞ dövlət rəhbərlərinin, Konqresin Nümayəndələrinin, Millər vəkillərinin, İnsan haqları müdafiəçinlərinin və müxtəlif hüquq təşkilatlarının gözləri kor, qulaqları kar olmuşdusa bu gün nəyi və harda gördülər? Konqresmenlər çox yaxşı bilirlər ki, Ermənistandan ermənilərdən başqa bütün millətlər zor tətbiq edilərək qovulublar. Ermənistan bu gün mono respublikadır.
Baxmayaraq ki, 1988-89-cu illər ərzində Qərbi Azərbaycanda (Ermənistan) 1992-93-cü illər ərzində Azərbaycanın Qarabağ ərazisində Rusiyanın 366-cı moto-atıcı alayının köməkliyi ilə kütləvi qırğınlar törətməklə bir milyon nəfərdən çox Azərbaycan türkləri öldürülərək, yaralanaraq öz dədə baba yurdlarından vəhşicəsinə qovuldular. Azərbaycan heç vaxt heç kimə qarşı zorakılıq xarakterli əməl işlətməyib.
Azərbaycan özünün Konstitutsiya hüquqlarından istifadə edərək, beynəlxalq hüquqlara hörmət etməklə, dinc əhaliyə qarşı heç bir zor tətbiq edilmədən, dinc əhali arasında ölüm faktı qeydə alınmadan ABŞ və tərəfdaşlarına tarixi dərs verməklə öz ərazilərini işğalçı Ermənistan və Rusiya qoşunlarından azad edib.
Təssüf edirik ki, ABŞ Konqresinin Nümayəndələr Palatası qatillərin və işğalçıların tərəfindədir. Xocalı, Qaradağlı, Malıbəyli, Quşçular, Kəlbəcər Ağdam, Şuşa, Laçın, Ağdərə, Qubadlı, Zəngilan, Füzuli və Qarabağın digər ərazilərində faciələr törədən, yaşlı, qoca, qadın, körpə uşaq demədən qətlə yetirən erməniləri müdafiə edənlərlə qətilləri törədənlər arasında fərq görmürük.
ABŞ Nümayəndələr Palatasının üzvlərini və onların ədalətsiz mövqeyini hiddətlə qınayır, etiraz edirik.
ZiM.Az
.