50 YAŞIN SEVİNCİ
5 min readÖmrü boyu yol gedirık. Yolun uğurlu olması iki amillə bağlıdır. Qarşına qoyduğun məqsəd, kiminlə, yaxud kimlərə gedəcəksən bu yolu. İlk növbədə səni başa düsən, düz yola istiqamətləndirən, daim sənə dəstək olan İnsanlarla istənilən yolu rahat getmək, uğur əldə etmək mümkündü. Hər kəsin yolunu müəyyən edən Allah, bu yolda ona köməkdə göndərir. Rastına çıxan xeyirhaqq xislətli insanlar sənin mükafatındır. İnsanın niyyəti, xisləti, inamı, etiqatı onu ən yaxşı keyfiyyət göstəricisidir. Fəaliyyətinə nəzər salmaq istəyəndə onun insanlığa xas olan ən vacib xüsusiyyətlərini sadalamaq istəyirik: mübariz, əməksevər, vicdanlı, xeyirxah, fədakar, bu günü ilə şükr edib sabahını dualar içində açan insan! İnsani dəyərlər həyatımızın bütün sahələrini tənzimləməklə bizim üçün müəyyən mənada yazılmamış qanunlar, əxlaq kodeksi rolunu oynayır. Həyatsa mübarizədir…
Sadə, mehriban, qətiyyətli, ürəyində, fəaliyyətində Türk dünyasının dəyərlərinə, İnsana, Vətənə sevgisi zəngin olan Pərvanə Salman qızı Abdullayeva – 1974-cü il noyabrın 10-da Neftçala rayonunun Xolqarabucaq kəndində, ziyalı ailəsində dünyaya göz açıb. Təhsilini doğma kəndindəki orta məktəbdə əla qiymətlərlə başa vurduqdan sonra Bakı şəhər 2-nömrəli tibb kollecində davam etdiribdir. Hazırda Atatürk Unveristetinin Sosalogiya fakültəsidə təhsilini davam etdirir. 1993-cü ildə ailə həyatı quran Pərvanə xanım ailəsi ilə Ukraynanın Kiyev şəhərində yaşayıblar. Kiyev şəhərində üç övladı dünyaya gəlib: iki qız, bir oğlan. Böyük qızı ailəlidir – ailəsiylə Hollandiyanın Amsterdam şəhərində yaşayır, bir qız, bir oğlan övladı var.
Pərvanə xanım 1983-1984-cü illərdə Bülbül adına müsabiqənin qalibi olubdur. 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Əli Kərim adına Poeziya klubunun Jurnalist-repartyor fakültəsinə daxil olub, 2013-cü ildə bitirmişdir. “Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək ictimai birliyinin sədri, zefernews.az saytının təsisçisi və rəhbəri, Dünya Afşarlar Dərnəyinin Azərbaycan üzərə təmsilçisi – başkanı, JBÜ-jurnalistlər birliyinin üzvü, Türkiyənin Anasan-Anadolu Sanatçılar üzvü, Anasan – yazarlar birliyinin Azərbaycan nümayəndəsi, XXl Əsrin Ziyalıları Cəmiyyətinin icraçı direktoru, Düya Türk Ocaqlarının Neftçala başkanıdır. “Qızıl Qələm” mükafatı laureatıdır.
Pərvanə Salman qızı “İlhamlı Azərbaycan” döş nişanı, “Cəsur döyüşçü” və “Xarı bülbül” medalları, “Xarı bülbül” və “Qarabağ Azərbaycandır!” diplomları, dəfələrlə Müdafiə və Ədliyyə Nazirliklərinin Fəxri Fərmanları ilə təltif olunub.
Pərvanə Salman qızının “Dəmir Yumruq” adlı ilk kitabı 2021-ci ildə “Borçalı” nəşriyyatında nəfis şəkildə işıq üzü görüb. Daha bir neçə kitabın müəllifidir. Tanıdığımız, daim təmasda olduğumuz insanların iç dünyası, daxili aləmi, istək və arzularını haqqında bilgilər onların həyat hekayəsinı bizlərə açıqlayır. Keçdiyi həyat yolları haqqında Pərvanə xanım Salman qızı Abdullayevanın həyat hekayəsi müxtəlif rakurslardan onu görmək imkanı verir. Yaradıçı kəslərin həyat, insan, vətən sevgisi, Yaradanın yaratdıqlarına olan sevgisi daha güclü olur. Pərvanə xanımın yaradıcılıq uğurları, ictimai fəaliyyəti təqdirəlayiqdir! Vətəndaş mövqeyi, İnsanlığın xilasına xidmət, İlahi Eşq daşıyıcısı kimi, ətrafında olan sağlam düşüncəli, Vətən sevdalı gənclərlə, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqət göstərməsi, daim onların yanında olması onun iç dünyasından gəlir! Sağlam düşüncə, xeyrhaqq xislət, məram, məqsəd, əməl və xidmət onun həyat fəaliyyətinin əsas göstəricisidir. İnsan yaşadıqca həyatdan gözləntiləri, arzuları da yenilənir, istəkləri bitib tükənmir. Amma hər kəsin ürəyində bir ümdə arzusu olur! Hər dəfə ötən günləri yada salanda xatirələr adamı doğma yerlərə çəkib aparır. Yaşa dolduqca həmin xatirələr daha da şirinləşir, doğmalaşır insan üçün. Elə bir insan yoxdur ki, uşaqlıq, gənclik illərini xatırlamasın, şirin xəyallarının qanadlarında dolanmasın. Pərvanə Salmanqızı hələ gənclik illərindən şeir, poeziya vurğunu olubdur. Qələmə aldığı poyeziya nümunəsindən: –
Dönüb baxim bu Dünyaya
Axıb gedən,bu ömür də,
Geri dönməz, axıb gedər,
Ömür keçər, dünya dönər,
Dönüb baxım, bu dünyaya.
Mən doymadım baharından,
Payız, adlı xəzanından,
Qismət ola, ya olmaya,
Dönüb baxım, bu dünyaya.
Sevgi dolu, öz dünyamda,
O, gözlərə hey, baxım…baxım..
Birdən dönüb ,baxmaz birdə,
Dönüm baxım ,bu dünyaya.
Baxım doğan günəşə!
Baxım çağlayan suya!
Baxım ötən illərə…
Dönüb baxım,bu dünyaya.
Səhər şehinin jaləsinə,
Bülbülün, zümzüməsinə.
Şəlalənin gur səsinə,
Dönüb baxım, bu dünyaya.
(Pərvanə Salman qızı)
50 yaşın sevincini yaşayan: -“Yubileyimi dəyər verdiyim insanlarla keçirmək ən böyük hədiyyədir” – deyən Pərvanə xanım istəyiniz çin olsun! Təbrik edirik, yeni yaşınız mübarək olsun! Sizə yaradıcıl uğurları arzulayırıq!
ZÜLFÍYYƏ VƏLİYEVA,
“ZƏFƏR” İnformasiya Mərkəzinin
– zefer.info.az saytının redaktoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Respublikanın Əməkdar müəllimi
ZiM.Az