RƏSUL HƏMİD: “ZƏFƏR YÜRÜŞÜ”

8 min read

RƏSUL HƏMİD (HƏMİDOV)

1966-cı il fev­­ralın 21-də Qəbələ ra­yo­­nu­­nun Vən­dam qəsə­bəsində doğu­lub. 1973-1983-cü illər­də Vəndam qə­sə­­bə­sin­dəki 1 və 2 say­lı orta məktəb­lərdə oxu­yub. Orta mək­təbi bi­tirən ildə Bakı Mə­də­­ni Maarif Texni­ku­muna da­xil olub. 3 ay sonra öz ərizəsi ilə tex­ni­kum­­dan im­ti­na edib. 1984-1986-cı il­lər­­də (SS­Rİ döv­ründə) Al­ma­­ni­ya Demok­ra­tik Res­pub­likasının Leip­zing və Drezden şə­hər­lərində hə­q­i­qi hərbi xid­mətdə olub. 1986-1991-ci illərdə keçmiş SS­Rİ-nin (in­diki Rusiya Fe­de­ra­siya­sı­nın) Tumen və Kazan şəhər­lərin­də, 1991-1992-ci illərdə Be­­la­ru­­siya­nın paytax­tı Minsk şəhərində xidmətini davam et­dirib. 1992-ci ildə könül­lü olaraq 1-ci Qarabağ ətrafında gedən dö­yüş­l­ərdə yaxından iş­tirak edib və Sər­səng su an­barı ət­ra­fınd­akı dö­­yüş­lərdə qol nahi­yəsindən qəlpə yarası alıb. 1993-2004-cü il­lər­də Sumqayıt şəhə­rində yaşayıb. 1994-cü ildə bu şə­hərdə ailə həyatı qurub. 2005-ci il­dən bəri doğma elində Vəndam qə­sə­bə­sin­də yaşa­yır. 2 oğul atasıdır. Öv­lad­ları ba­laca ikən ömür gün yol­­­daşını na­kam itirən şair, övlad­la­rını böyüdüb və təhsil verib.

Gənc yaşlarından şeirə, ədəbiyyata, poeziyaya böyük ma­rağı olan Rəsul Həmid elə həmin vaxtdan özü də şeirlər yaz­mağa baş­la­mışdır. Hazırda şairin müxtəlif möv­zularda 100-lərlə şeir­lə­ri və təms­illəri var. Şeirləri müxtəlif mətbuat orqan­larında, o cümlədən, “Ziya”, “Şərqin səsi”, “Borçalı”, “Elm və təhsil” qəzetlərində, ZiM.Az, Zir­ve.info, Zefer.info.az, Ziya.info.az, Zirve.info.az, Yurd.info.az, Bolnisi.az, Borcali.org və s. sayt­la­rda, eləcə də, “Vətən”, “Ca­nım Azər­baycanım”, “Zi­ya”, “Zirvə”, “Zə­fər”, “Xa­­rı­bül­bül”, “Qarabağ Azərbaycandır!”, “Dəmir yumruq, polad bilək”, “Odlar yur­du Azərbaycan”, “Tu­­ran”, “Rə­­van”, “Şah dağı”, “Ləlvər dağı”, “Qara-Arxac”, “Poeziya çələngi”, “Söz xəzinəsi”  və başqa ədə­bi məc­muə­lə­r­də dərc olu­nub.

“İlin vətənpərvər şairi” , “Zirvə”,  “Xarıbülbül”“Qızıl qələm” müka­fat­la­rı lau­­­reatı olan Rəsul Həmidin  “Sö­zün qüdrəti” adlı ilk şeirlər kitabı­ bu günlərdə “Borçalı” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib və eyni zamanda, həmin kitaba görə şair “Zəfər” Fəxri diplomuna layiq gö­rü­­lüb.

Biz də Rəsul Həmidi bu yeni nailiyyətləri münasibətilə ürəkdən təbrik edir, ona yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik!..

ZiM.Az

 

ZƏFƏR YÜRÜŞÜ

 

Yaddan çıxmaz axan şəhid qanları,

Alt-üst oldu düşmən istehkamları.

Qarabağdan qovduq paşiniyanları.

Qarabağa bizim zəfər yolumuz,

Qırx dörd günə, qələbə çaldı ordumuz.

 

Düşmən yığdı çox ölkədən muzdular,

Ölkəmizə təxribatlar qurdular.

Şəhərləri “ballestiklə” vurdular.

Gözümüzdə olmadı heç qorxumuz,

Qarabağa bizim zəfər yolumuz,

Qırx dörd günə, qələbə çaldı ordumuz.

 

Bizim ordu ancaq irəli gedirdi.

Neçə kəndi gündə azad edirdi.

Qayalardan dırmaşaraq, qalxaraq,

Şuşaya da bayrağını gətirdi.

Bax, bu idi bizim əsas arzumuz.

Qarabağa bizim zəfər yolumuz,

Qırx dörd günə, qələbə çaldı ordumuz.

 

 

MƏNİM OLA

 

Qəlbi elə bağlı, eşqi asiman,

Bir könül ovlayan dil mənim ola.

Bağbanı olduğum bağın töhfəsi,

Həsrətin çəkdiyim gül mənim ola.

 

Yurdumda ən əziz adam olaydım,

Yaxşı insanlardan qadan alaydım.

Köməyinə, hər mehinə çataydım,

Saçını tərpədən yel mənim ola.

 

Eşqim, məhəbbətim bu son baharın,

Örpəyi olmuşdu yaşıl bağların.

Məni valeh edən gülüzlü yarın,

Üzünü oxşayan əl mənim ola.

 

Qəbələ-Vəndamdı mənim ünvanım,

Yoxdu başqa yerdə döngə-dalanım.

Əbədi yaşasın AZƏRBAYCANIM,

Dünyada bəxtəvər el mənim ola!!!

 

 

BELƏ ÇƏTİN SEVGİYƏ

 

Yığılmır gözlərim getdiyin yoldan.

Hər gün o yollara boylanıram mən.

Fərq etməz sağımdan, yadakı soldan,

Sanki, arxasıycan yollanıram mən.

 

Sevən kəsin incisidi göz yaşı,

Axıtmaz bu yaşı, sevən hər naşı.

Məhəbbətin olmayanda naxışı,

Od içində ürək yana, təngiyə.

 

Mən nə deyim, bu istəyə, sevgiyə?

Ötən gündən nə qazandım?-bilmədim.

 

Saçlarım da tez ağardı, görmədim.

Məhəbbətim, üzdü məni ölmədim.

İnanmazdım, əcəl gələ ləngiyə,

Mən nə deyim, bu vəfasız sevgiyə?

 

Yolun üstə ağac olub bitərdim.

Bacarsaydım, bu yollardan itərdim.

Sevgi dolu, bu həyatda qismətim,

İnanmıram, səadətim səngiyə,

Mən nə deyim, belə çətin sevgiyə?

 

 

SƏRT GƏLİR

 

Mənə qoyub getdin kədəri, qəmi,

Sənsiz yaşadığım həyat çətindi.

Qaraltdın gözümdə bütün aləmi,

Səndən miras qalan aqibətimdi.

 

Fələk tez ayırdı yanımdan səni.

Saçım da ağardı bəyaz qar kimi.

Çətindir köksümdən qoparmaq qəmi,

Şəkillər qalıbdı yadigar kimi.

 

İlahi, dərdləri verirsən mənə,

Çoxusu ağırdı, mən necə çəkim?

Hər dərdi rəvamı görürsən mənə?

Sağalmaz yüz loğman, yüz adi həkim.

 

Mənimlə qocalır dərdlərim sanki,

Kiməsə bir kəlmə deyə bilmirəm.

Sınıbdı biləkdən əllərim sanki,

Gözlərim yaşarır, silə bilmirəm.

 

Dərdsiz adam yoxdu, məndə razıyam.

Hər dərdin dalınca dərd gəlir axı.

Əzəldən biçarə bəxti qarəyəm,

Bu dərdlər, ardıcıl sərt gəlir.

 

 

VƏTƏN NAMİNƏ

 

DÜNYA ŞÖHRƏTLİ ALİM,

NYU-YORK ELMLƏR

AKADEMİYASININ AKADEMİKİ,

FİLOLOGİYA ELMLƏRİ DOKTORU,

MƏRHUM PROFESSOR

MƏDƏD ÇOBANOVUN

ƏZİZ XATİRƏSİNƏ

 

Bizim Dədə Mədəd öz zəkasilə,

Günəş tək bəşərə nurun ələdi.

Qalxıb zirvələrə, öz sədasilə,

Elmə böyük töhfə büküb bələdi.

 

Yazdı neçə-neçə elmi əsərlər,

Bizlərə bəxş edib, köçdü dünyadan.

Ondan dərs alacaq – neçə nəsillər,

Necəki nur alır, günəşdən, aydan.

 

Belə bir qüdrətli, nufuzlu alim,

Xalqıma Allahdan gözəl pay idi.

Deyirəm: bilirəm səhv etmir dilim,

Ən məşhur alimə gözəl tay idi.

 

O, bir məşəl idi, sönməyən məşəl.

Mədəd ocağının közü üzülməz.

Adına yazsam da neçə cür əsər,

Ocaqda bir közün əvəzin verməz.

 

Yollara nurunu elə səpdiki,

Zülmətlər işığa qərq olsun deyə.

Elm adlı bağında ağac əkdiki,

Barsız ağaclardan fərq olsun deyə.

 

Dahi alim, Ustad Dədə Mədədə,

Söz tapıb yazmaq da çətindir mənə.

Özümə borc bilib, öz şərəfimə,

Yazıram, gələcək Vətən naminə!!!

                  13.08.2023.

 

 

VƏTƏNİN VƏTƏN OĞLUSAN!

Müşfiq Borçalıya

Göylərin nurundan yaranan insan,
Yüz min ürəklərdə sevilən bir can,
Sənə alqış deyir, bütün Gürcüstan,
Sən bizim Vətənin, oğlusan Müşfiq!
Bu elin, bu yurdun, uğrusan Müşfiq!

Mən necə tərənnüm etməyim sizi?
Doğrunu yazmamaq mənə çətindi.
Allah itirməsin zəhmətinizi,
Borçalı mahalı bizim Vətəndi!

Sizi qəlbən sevir, bu xalq, bu millət,
Yazar şairlərə mayaqsız, Müşfiq!
Sizlərdən götürür başqası ibrət,
Şeirə, sənətə dayaqsız Müşfiq!

Həyat çox gözəldir, zəmanə çətin,
Çətin zəmanənin nur ziyalısı;
Haqqa söz deməyə çatıb cürətin,
Sizlərə ən böyük alim qayğısı,
Əvəzsiz, xalqından görərsən Müşfiq!
Qəlblərdə, dahiyə dönərsən Müşfiq!

Sizsiz şairlərin zəhmətin bilən,
Layiqli haqqına töhfəni verən.
Əsil şairləri ürəkdən sevən,
Sizsiz qiymət verən, dəyərləndirən.

Yüksəldin ən yüksək zirvələrə sən,
Xalqının gözündə göyə ucaldın,
Ömrünü Vətənə həsr etmisən sən,
Qoy dünya bilsinki, Mədəd oğlu sən!
Ay Müşfiq, Vətənin Vətən oğlusan!!

 

GÖZƏL İNSANDI

Zəkasın, biliyin elmə sərf edən,
Bu yolda ən uca zirvəyə gedən,
Əməyi Vətənə müjdələr verən,
Yorulmaq bilmədən hey çalışandı,
Müşfiq Borçalımız, gözəl insandı.

Hər yerdə hörmətlə çəkilir adı,
Aparır irəli o, mətbuatı.
Elmə və maarifə bağlı həyatı,
Onunçün şərəfdi, şöhrətdi, şandı,
Müşfiq Borçalımız, gözəl insandı.

Qəlbinın dostudu bütün yazarlar,
Fərq etməz ya kişi, ya da qadınlar.
Hamıya dəstəyi, köməyi olar,
Neçə min ürəkdə döyünən candı,
Müşfiq Borçalımız, gözəl insandı.

Xalqın sevgisində olan alimdi,
Nə varlı, nə kasıb, hamıya birdi.
Ən böyük sevgisi daim Vətəndi,
Vətənə, xalqına canı yanandı,
Müşfiq Borçalımız, gözəl insandı.

Sənə bənzəməyir yetən alimlər,
Nə çoxdu hörmətdən itən alimlər,
Bağçada kol kimi bitən alimlər,
Zirvələr fəht edib hey ucalandı,
Müşfiq Borçalımız, gözəl insandı.

 

ZiM.Az

 

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir