AzTU-nun yeni prorektoru Fariz Mustafayev kollektivə təqdim olunub

1 min read

TƏBRİK EDİRİK!..

Azərbaycan Texniki Universitetinin (AzTU)

ümumi işlər üzrə prorektoru vəzifəsinə təyin edilən

Fariz Mustafayev kollektivə təqdim olunub.

Fariz Mustafayevi kollektivə təqdim edən
Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini,
Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri
Yaqub Piriyev
 onun bu vəzifədə böyük təcrübəsinin olduğunu xüsusi qeyd edib.
Bildirib ki, ali təhsil müəssisələrində daxili nizam-intizamın yüksək səviyyədə saxlanılması üçün ümumi işlər üzrə prorektorun üzərinə böyük məsuliyyət düşür.


AzTU-nun rektoru Vilayət Vəliyev də ümumi işlər üzrə prorektor vəzifəsinə yeni təyin olunan
Fariz Mustafayevi təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Öz növbəsində Fariz Mustafayev ona göstərilən etimada görə təşəkkürlərini bildirib.


Biz də hörmətli Fariz Mustafayevi AzTU-nun ümumi işlər üzrə prorektoru vəzifəsinə təyin edilməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!

Müşfiq BORÇALI,
ZiM.Az

 

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir