AzTU-nun üç tələbəsi Erasmus+ proqramı çərçivəsində xaricdə təhsil alacaq

1 min read

Azərbaycan Texniki Universitetinin (AzTU) üç tələbəsi 2022/2023 tədris ilinin yaz semestrində Erasmus+ proqramı çərçivəsində xaricdə təhsil alacaq.

Belə ki, AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin II kurs tələbəsi İlqar Qənbərov Türkiyənin Bursa Texniki Universitetində, İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs tələbələri Emil Gebekbəyov və Ramiz Səlimov isə Rumıniyanın Buxarest İqtisadiyyat Universitetində bir semestrlik təhsil almaq üçün təqaüd qazanıblar.

AzTU-nun rektoru Vilayət Vəliyev tələbələrlə görüşüb, onlara dərslərində uğurlar arzulayıb.

 

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir