AzTU-da 8 mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub

1 min read

Azərbaycan Texniki Universitetində (AzTU) 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə AzTU-nun xanım əməkdaşları, əlaçı tələbələri və müəllimləri iştirak edib.

Rektor Vilayət Vəliyev xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Bildirib ki, bu gün Azərbaycan qadını öz ağlı, savadı, biliyi, istedadı ilə bütün sahələrin inkişafına töhfə verir. AzTU-nun inkişafında da xanım müəllim və əməkdaşların rolu danılmazdır. Rektor universitetin xanım əməkdaşlarının il ərzində göstərdiyi nailiyyətləri də xüsusi qeyd edib.

Daha sonra tədbir xanım əməkdaşların çıxışları ilə davam edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir