AzTU-da DAAD-nin təqaüd proqramları haqqında infosessiya keçirilib

1 min read

Azərbaycan Texniki Universitetində (AzTU) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramları haqqında növbəti məlumatlandırma sessiyası keçirilib.

Tədbirdə AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov DAAD ilə AzTU arasında uzunmüddətli əməkdaşlıqdan, Almaniyanın Brandenburq Texniki Universiteti Cottbus-Senftenbergin (BTU Cottbus-Senftenberg) ilə imzalanan ikili diplom proqramından və yeni yaradılan Alman mühəndislik fakültəsinin inkişaf perspektivlərindən danışıb.

Daha sonra DAAD-nin AzTU-da fəaliyyət göstərən alman dili müəllimi Klaudio Kasperl Almaniyada təhsil, DAAD-nin fəaliyyəti, təqaüdlü yay kursları və magistratura səviyyəsi üzrə təqaüd proqramıları haqqında tələbələrə ətraflı məlumat verib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“Ziya”

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir