“ƏDALƏTİN ZƏFƏRİ”

8 min read

Nuranə Akif qızı İbadova,

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyinin

Ədliyyə Akademiyasının

Ədliyyə sahəsində idarəetmə

kafedrasının baş müəllimi

Eradan əvvəl 430-cu il­də Afi­nanın şəhid oğul­ları­nın dəf­nindəki qəbir­üs­tü nit­qini afi­na­lı Pe­rikl “Bu cür in­san­la­rı in­dən be­lə ör­nək sayın və bi­lin ki, xoş­bəxt­liyi azad­lıq, azad­lığı isə igidlik doğurur və hərbi təh­lükə­lərin gözü­nə dik ba­xın” sözləri ilə bi­tir­mişdi. Bu fikrin söylə­nil­məsindən son­ra ötən zaman onun aktual­lığına nəinki xə­ləl gətir­mədi, əksinə ayrı-ayrı zaman kə­siklərində baş verən müx­tə­lif ha­disələr onun gerçəkliyini təs­diq­ləyən dəlillərə çevril­dilər.

Bu gün sözün həqiqi mənasında bizim qürur mənbəyimizə çevrilmiş 44 günlük Vətən müharibəsində hərbi təhlükələrin gö­zünə dik baxan Azərbaycan əsgərinin cəsarət və şücaəti azad­lıq müba­rizəsinin ən böyük örnəyidir.

Bir il bundan əvvəl, 27 sentyabr günü Azərbaycan xalqının tale­yində dönüş nöqtəsi oldu. O gün biz illərin ən dəhşətli məsu­liyyə­tinin tələb etdiyi böyük vəzifəmizin icrasına başladıq. O gün bizə özü ilə gələcəyin хеyir-duasını və gələcək nəsillərin alqış­larını gətirdi.

27 sentyabr sadə bir gün deyildi. O gün xeyirin şərə qarşı mü­ba­rizəsinin, savaşının başladığı gün idi. Həmin gün Azər­bay­can xalqı öz əzmini, ruhunun sarsılmazlığını, işğala, haq­sızlığa bo­yun əymə­di­yini, torpaq itkisi ilə heç vaxt barış­ma­yacağını sü­but etdi. Həmin gün 30 illik torpaq həsrətiylə yanıb-qovrulan Azər­baycan əsgərinin düşmənə tərəf amansız­ca­sına yönələn nifrətinin uğultusu еşidildi. Azərbaycan əsgəri öz borcunu yеrinə yеtirir və öz missiyasını həyata kеçirirdi.

Bu böyük savaşda Azərbaycan əsgərinin qalibiyyəti labüd idi. Çünki onun mübarizəsi işıqla dolu idi, bu mübarizə özgənin tor­pağında gözü olmayan və öz torpağından bir qarış da olsa vaz keçməyən əsgərin mübarizəsi idi.

İşğalçının əlеyhinə vuruşmaq, saхtalığı ifşa еləmək, bar­bar­lığı, ya­­lanı, dəmir yumruqla əzmək, zalımların qəddarlığına qarşı çıх­maq, qaniçənlərə savaş еlan еləmək, savaşı udub mü­qəddəs yеrlər­dən bütün yad ayaqları qovmaq, obaları, şəhərləri, məbəd­ləri -bir söz­lə mədəniyyəti dağıdanları qovub, viranələr üzərində yеnisini tikmək, barbarlığı siviliza­siya ilə əvəz еlə­mək, evindən, elindən məh­rum olunmuş­ların haqqını tələb еt­mək uğrunda idi Azərbaycan əsgərinin savaşı!

2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüv­vələrinin atəşkəs rejimini pozması ilə əlaqədar Azərbaycan Or­dusunun Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əmə­liyyatına başladığı gün Azərbaycan Respublikasının Prezi­denti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciə­tində dedi:

“Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan sa­dəcə olaraq öz maraqlarını müdafiə edir, öz mövqeyini dəs­tək­ləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmi­şik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqi­qətdir. Er­mə­nistanın baş naziri deyəndə “Qarabağ Ermənis­tandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azər­baycan­dır”, bu, həqi­qətdir. Bütün dünya Dağlıq Qarabağı Azər­bayca­nın ay­rılmaz his­sə­si kimi tanıyır. Tarixi ədalət bizim tərəfi­miz­dədir. Çün­ki bu, bi­zim doğma, dədə-baba torpağı­mızdır. Bey­nəl­xalq hü­­quq bizim tərəfimizdədir. Bütün beynəl­xalq təş­ki­latlar Azər­baycanın ərazi bütövlüyünü tanıyır. Bü­tün ölkələr Azər­baycanın əra­zi bütövlü­yünü tanıyır. Beynəlxalq təş­ki­latlar çərçivəsində qə­bul edilmiş qərar və qətna­mələr Dağlıq Qa­ra­ba­ğın Azərbaycana məx­sus ol­duğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şu­ra­sının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dər­hal, tam və qeyd-şərtsiz işğal edilmiş tor­paq­lardan çıxarıl­ma­lı­dır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçi­və­sində danışıqlar aparılır və bunun sonunda Ermə­nistan müntə­zəm olaraq hərbi təxribatlar törətməklə danı­şıqlar prosesini iflic vəziyyətə salıbdır. BMT-dən başqa bütün di­gər aparıcı beynəl­xalq təşkilatlar bizim haqlı möv­qeyimizi müda­fiə edir. Qoşul­mama Hərəkatı BMT-dən sonra ikin­ci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azər­baycan bu tə­sisata sədrlik edir. Onlar mü­naqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam Əmək­­­­daşlıq Təşkilatı ədalətli qətna­mələr qəbul etmişdir. ATƏT-in qərarları, Avropa Parlamen­tinin qətna­mələri bizim möv­qeyimizi dəstəkləyir. Bizim mövqeyi­miz bey­nəl­xalq hü­quqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vu­ru­şuruq. Bu gün Azər­baycan Ordusu Azərbaycan torpaqla­rında düş­­mənə sar­­sıdıcı zər­bələr endirir. Bu gün Azərbaycan Ordusu öz tor­pağında Azər­baycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əs­gərinin bizim torpağımızda nə işi var?! Ermə­nis­tan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi he­yətin 90 faizi Er­mənistan vətəndaşlarından ibarətdir. Ermə­nistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qo­yu­lacaqdır. Biz haqq yo­lundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Dövlət başçısının bu sözləri Azərbaycan xalqı üçün zəfərin ilk sorağı idi.

Azərbaycan xalqı uzun illər idi Vətən torpaqlarının geri alı­nacağı günü, zəfər gününü gözləyirdi. Hər rayonun hər il qeyd edilən işğal günləri xalqımızın qəlbində ağır yara idi və bu yara hər il bir az daha dərinləşirdi. Təqvimdəki bu qara günləri Zəfər tarixləri ilə əvəzləmək zamanı çatmışdı və xalq öz sərkərdəsinin dəmir yumruğu altında birləşərək, qəhrəman şə­hidlərimizin, əs­gər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına 30 illik iş­ğala son qoyaraq Qa­rabağı düşmən tapda­ğından azad etdi. Həm­vətənlərimizin bir çoxu yaralanaraq sağ­lamlığını itirdi, itkin düşdü, şəhid oldu.

44 günlük Vətən müharibəsi dövründə 2783 qəhrəman Azər­bay­can övladı ərazi bütövlüyümüzü təmin etmək üçün ölümün o tayına- yəni ölümdən daha yüksək olan şəhidlik zirvəsinə uçaldı­lar. Onlar məlum həqiqəti bir daha sübut etdilər ki, tor­paq­ların azadlığını, ərazi bütövlüyünü təmin etmək üçün kök­sündə şəhid tabutlarının ağırlığını hiss etməlidir Vətən. Hiss etməsə yazıq­laşar, əzilər. Və­tənin başını ucaltmaq üçün öz ömürlərini vətə­nin ömrünə caladı şəhidlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin de­diyi kimi, “İşğal dövründə bir çoxlarımız – həm keçmiş məc­buri köç­künlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən də­fələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik.”

Baх o vaхt, böyük bir sərkərdə, bütün bu haqsızlıqlara, əda­lətsizliklərə qarşı dəmir yumruğunu qaldırdı və bu yumruq Azər­baycan xalqının əbədi şöhrəti oldu. Bu vaхt o görünməmiş bir еtiraza başladı – öz xalqının maraqlarını qoruyaraq bəd­hеy­bət­lərlə ağır mübarizəyə girişdi və bu savaşda qalib gəldi.

Azərbaycan xalqı bütün birləşmiş güclərə – işğalçılara, talan­çılara, məkrli siyasət yürüdənlərə, haqlını oz ikili standartları, öz qəddarlığı ilə cana yığıb, haqsızları yuxarı başa keçirdənlərə qarşı çıхdı, müharibə еlan еlədi və savaşa girdi.

Nədən qaynaqlanırdı onun güçü? Nə idi onun silahı? Onun ən böyük güçü, torpağına olan hüdudsuz sevgisi, ən böyük silahı əs­gərinin güçünə olan inamı idi. O, bu silahla döyüşdü və bu si­lahla qələbə çaldı.

ZiM.Az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir