VAHİD BƏHRAMOĞLUnun YENİ ŞEİRLƏRİ
10 min readVahid Bəhram oğlu Nağıyev – 1954-cü il noyabrın 6-da Azərbaycan Respublikasının Beyləqan şəhərində anadan olub.
1972-ci ildə Bakı şəhərinin Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki 99 saylı tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Təchizat Komitəsinin Bak-Tara-Təmir Müəssisəsində fəhlə kimi əmək fəaliyyətinə başlayıb və orada iqtisadçı, böyük iqtisadçı, əmək və əmək haqqının təşkili üzrə böyük mühəndis vəzifələrində işləyib. 1974-1976-cı illərdə Sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçib.
Ali iqtisadçı təhsili vardır. 1980-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması” fakültəsinin “Əməyin iqtisadiyyatı” ixtisasını bitirib.
1984-cü ildən Azərbaycan Respublikası DİN, Ədliyyə və Müdafiə nazirliklərinin müxtəlif sahələrində, müxtəlif vəzifələrində xidmətdə olub.
Hazırda təqaüddə olan hərbi zabitdir. Heç bir yerdə işləmir.
Evlidir, 2 övladı və iki nəvəsi var.
Vahid Bəhramoğlu gənclik illərindən bədii yaradıcılıqla da məşqul olur. Şeirləri müxtəlif mətbuat orqanlarında, poeziya antologiyalarında, o cümlədən, “Vətən”, “Canım Azərbaycanım”, “Heydər Zirvəsi”, “Zəfər” və s. ədəbi məcmuələrdə çap olunub.
Biz də Vahid Bəhramoğluna yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!..
ZiM.Az
ZƏFƏR GÜNÜ
Biz illərlə gözləmişdik bu günü,
İntizarla izləmişdik hər günü,
Qələbə xəbərini, o şən ünü,
Layiqli gəldi Şanlı “Zəfər günü”!
Nə qədər itkilər verdi ölkəmiz,
Dağıdıldı evlər, neçə kəndimiz,
Fəqət sınmadı polad iradəmiz,
Vuruşdu hamı -böyük, kiçiyimiz.
Düşmənin arxası möhkəmdi yaman,
Yardımlar gəlirdi Fransa, İrandan,
Tülkü Avropa, riyakar Rusiya,
Qaraçı Hindistan, satqın Suriya,
“Sevgi bəsləyirdi” Ermənistana,
Sonda döndərib onu “qəbristana”.
“Zəfər günü” gəldi, əzdik düşməni,
Qarabağda yoxdur daha erməni,
Mən əvvəl yazmışdım, demişdim
Bitib ömrü hayın, daralıb halqa.
Müzəffər Ali Baş Komandanımız,
Xankənddə dalğalanan bayrağımız
Qalib ordumuzun zəfər yürüşü,
Millətin şəhərlə yeni görüşü,
2
Bizə hədsiz qürur, sevinc gətirmiş.
Hər tərəfi bayraq, şüar bəzəmiş.
Sualım sizədir, kalamhay “hay”-lar.
Quqasyan, Vartanyan, “o biri yan-lar!”
-“Ey hay, san belə aciz-avaraydın,
Nayə arxalanıb lovğalanırdım?
Gör qarşında kim dayanıb, kim durub?
Qədim Türk milləti Səltənət qurub.
Hunun hökmüdarı cəsur Atilla,
Çingizxan, Batıxan Qızıl Orduyla,
Əmir Teymurxanın mərd əsgərləri,
İldırım Bayazidin yençərləri,
Osmanlı türkünün yatağanı, bil,
Məşhurdur dünyada, sevilməz deyil!
Qədimdən qədimdir türkün tarixi,
İvan yandırdığı Qazan arxivi,
Qiymətli sənədlər verərdi bizə,
Bax, onda qayıdardıq özümüzə.
Bu Orxon-Yenisey abidələri,
Saxlayır özündə bir-çox sirrləri.
İndi “Zəfər günü”, sevinc günüdür,
Mənfur düşmənlərin məğlub günüdür.
Bizi alqışlayır bütün türk eli,
Salamlar yetirir sabahın yeli.
3
Yurdumuz yad edir Şəhid ruhunu,
Heç zaman unutmaz Vətən-oğlunu!
Düzülüb sıraya igid qazilər,
Onların üstünə güllər səpirlər.
Meydana yığışan Şanlı Ordumuz,
Şöhrətdir, şərəfdir, həm qürurumuz.
Danışır kürsüdən Ali Komandan,
İsmarıc göndərir düşmənə ordan.
O, xalqımıza da salamlar deyir,
Xoş həyat yolunda uğur diləyir.
Alqışlar bürüyür bütün meydanı,
Millət salamlayır xilaskarını:-
-“Bu torpaq bizimdir, bizim olacaq!
Bu Vətən bizimdir, bizə qalacaq!
Şəhidlər ölməzdir, Vətən bölünməz!
Torpaqdan pay olmaz, torpaq yeyilməz!
(verilməz)
Eşq olsun müzəffər sərkərdəmizə!
O gətirdi bizi zəfərimizə!
Bu “Zəfər günümüz mübarək olsun!
Qalib sərkərdəyə alqışlar olsun!
QƏHRƏMAN ƏSGƏRİM!
Sursatını hər gün yoxla,
Silahını təmiz saxla.
Gülləni hədəfə tuşla,
Ey əsgərim, oğlum mənim,
Əsgərim, əsgərim, əsgər,
Qəhrəman oğlum, əsgərim!
Qorxub çəkinmə düşməndən,
Ondan çox qüvvətlisən sən,
Gücün gəlir Vətənindən,
Əsgərim, əsgərim, əsgər,
Qəhrəman oğlum, əsgərim!
Bu torpaq səni yetirdi,
Boya-ərsəyə gətirdi,
Göy başın üstə çətirdi,
Əsgərim, əsgərim, əsgər,
Qəhrəman oğlum, əsgərim!
Döyüş olsa irəli get,
Düşməni pərən-pərən et,
Torpaqları sən azad et,
Əsgərim, əsgərim, əsgər,
Qəhrəman oğlum, əsgərim!
Qaydalara hörmət eylə,
Rəislərə mürvət eylə,
Tapşırığa diqqət eylə,
Əsgərim, əsgərim, əsgər,
Qəhrəman oğlum, əsgərim!
Qoy dünyaya bəyan olsun,
Tanrı sənə hayan olsun,
Düşmənlərin lejan olsun,
Əsgərim, əsgərim, əsgər,
Qəhrəman oğlum, əsgərim!
Bəhramoğlu, bir əsgərsən,
Daim çöldə, səngərdəsən,
Döyüşçüsən, döyüşdəsən,
Həm zabitsən, həm də əsgər,
Əsgərsən, əsgərim, əsgər!
HADI, İRƏLİ!
Fərəqət! Dön sola, hadi, irəli!
Marş, marş, marş, əsgərim, hadi irəli!
Vətəni, yurdumu əsgər sevməli,
Onu qorumaqsa daha önəmli,
Döyüş başlayarsa gedin irəli,
Marş, marş, marş, əsgərim, hadi irəli!
Vətən keşiyində durmalıyıq biz,
Qəsb etməsin torpağı düşmənimiz,
Azad, rahat yaşasın ellərimiz!
Marş, marş, marş, əsgərim, hadi irəli!
İstiqlal marşını ifa edərik,
Düşmənə üz tutub belə deyərik:
– “Çəkil yurdumuzdan, səni əzərik!”
Marş, marş, marş, əsgərim, hadi irəli!
Üzündə olsun qoy daim təbəssüm,
Düşmənə yaşatdım qorxu, təlatüm,
O “Zəfər gününü” gördüm mən özüm,
Dön sağa, dön sola, hadi irəli!
Marş, marş, marş, əsgərim, hadi irəli!
ƏSGƏRƏ XİTAB
Əsgərlik çağına yetişib yaşın,
Gedirsən Vətənə xidmət etməyə.
Silah olacaqdır sənin sirdaşın,
Hazır ol tətiyi hər an çəkməyə.
Heç zaman, heç nədən qorxub çəkinmə,
Ürəklə vuruşub, döyüş ağılla,
Düşmən qarşısından geri çəkilmə,
Sursatı da daim yanında saxla!
Unutma, əsgərsən sən də bu gündən!
İntizam, qaydalar vardır hərbidə,
Çıxmaq olmaz çavuşun heç əmrindən,
Yetərli olmalı gücün, səbrin də!
Öyrənmək biliyin əsas təməli,
Təlimdə çətindir, döyüşdə asan,
Savaşı qazanır əsgər əlləri,
Birdəki, ağıllı, igid komandan.
Bəhramoğlu, sən də bir əsgər idin,
Yurdumuzun keşiyində durmuşdun
Əsgərlərə hərbidən dərs deyirdin,
Tədrisdə xüsusi üsul qurmuşdun.
Budur, gün gəldi, Ordumuz gücləndi,
Xalqımız öz əsgərinə güvəndi.
Ali Baş Komandan əmri verincə,
Azad etdik torpağı layiqincə.
İndi eşit məni, ey əsgər balam!
Öncə millətdən sizə olsun salam!
Bu torpaq ki, vardır, bir yadigardır,
Babalardan qalıbdır, amanatdır.
Göz bəbəyi kimi qoruyaq gərək,
Gələcək nəsilə onu ötürək!
ÖLMƏLİDİR ERMƏNİ
Əsgər, gətir mərmini,
Al hədəfə düşməni,
Yayındırma gülləni,
Ölməlidir erməni!
Oğlum, tələs bir qədər,
Tükənməmiş mərmilər,
Düşmən olsun dərbədər,
Ölməlidir erməni!
Əsgər, ol əldən iti,
Düşməndən qorxma qəti!
Bizimdir haqqın səsi,
Ölməlidir erməni!
Cəld ol qoçum, yubanma,
Bir an belə dayanma,
Çıxaq “hayın” axrına,
Ölməlidir erməni!
Bəhramoğlu qanansan,
Ürəyi saf adamsan,
Vətənpərvər insansan,
Amma ölməlidir erməni!
BAYRAQ
(28 may 1918-ci ildən 28 aprel 1920-ci ilədək
Şərqdə qurulmuş ilk Azərbaycan Demokratik Cümhuriyyətinin
bayrağı nəzərdə tutulur)
Bir dəfə yüksələn bayraq,
Bir daha enməyən bayraq,
De, nə bayraqdır o bayraq?
– Cumhuriyyətdən qalan bayraq!
İlləri ötüb gəlibdir,
Çox sınaqlardan keçibdir,
Nə qədər zülüm çəkibdir,
Qan ilə boyanan bayraq!
Baxıram qürurla ona,-
-Azərbaycan bayrağına,
Şərəf, şöhrət nişanına,
Meydanda ucalan bayraq!
Dalğalanır məğrur bayraq,
Duyur sanki qürur bayraq,
Mavi, qızıl, yaşıl rəngli,
O aylı, ulduzlu bayraq,
Xəzriyə dayanan bayraq!
KİŞİLƏR
Hər şalvar geyənə kişi deməzlər,
Şalvar geyən çox qadınlar da vardır.
Başa papaq qoymaqla öyünməzlər,
Papaqla öyünən avaralardır. (gədaçalardır)
Kişinin düz olsun gərək ilqarı,
Əməli saleh, həm gözəl rəftarı.
Bir kişi söz versə başqa birsinə,
Gərək əməl edə həmin vədinə.
Ailə-uşağa yaxşı baxmalı,
Vətəni sevməli, uca tutmalı,
Əsgər olub soyuq səngərdə həmən,
Keşik çəkməlidir, gəlməsin düşmən.
Vuruşmaq, çatışmaq kişi borcudur,
Vətən, torpaq, evi-qeyrət, namusdur.
Ucadır hər şeydən tək “kişi” sözü,
Kişitək olmalı kişinin özü.
Diş ağardıb başqasının önündə,
Qalxmaq üçün kimlərinsə gözündə
Yaltaqlanıb, yalaqlanmaz ərkəklər,
Pula, mənsəbə aldanmaz kişilər.
Yaxşı söylənmişdi bir bayatıda,
“Ay kişilər, “kişi” olun həyatda!”
Bəhramoğlu, çoxları gəlib-gedib,
Bəşəriyyət üçün nələrsə edib,
Bu dünyada izin qoyan da vardır,
Əməlilə qazanan insanlardır.
Sən də düşün, çalış, bir işə yara,
Şeir yaz, nəğmə də, qoy gəlsin kara.
ANAM GƏLİNİ
Anam gəlini! Sənə şeir yazdım,
Vəsf etdim zülfünü, sətirlər cızdım.
Sevmişdim bir zaman nəcib üzünü,
O qara xalınla ala gözünü,
İndi də qəlbimdə yaşayır eşqim,
Heç zaman sönməmiş, enməmiş sevgim.
Cümə namazını qıldığın anda,
Necə də səslənir sərrast dəhanda,
O səlist kəlamlar, gözəl ayələr
Oxuduğun dua, həm də surələr.
Bəyaz libası geyəndə əyninə,
Eynən bənzəyirsən təzəgəlinə.
Namusun, qeyrətin elə bəllidir,
Xanımlar içrə adın şöhrətlidir.
Qırx il öncə görüb səni sevmişdim,
Qızlar arasından həmən seçmişdim.
Sevgilim! Tam xoşbəxt olmasam da mən,
Narazı da deyiləm taleyimdən.
Nəmxuda! Oğlum, qızım, nəvələrim,
Yurd-yuvam, bacım, qardaşım, məskənim,
Varımdır dostlarım, yarım-yoldaşım,
Nə çoxdur simsarım, ürək sirdaşım?!
Yalnız bir dərdim var-o da ölkəmdir,
“Erməni” -adlı bir qarı düşməndir,
Xainlə hesabı gərək çəkim mən!
Şərəfdir bir namus, birdəki Vətən!
Otuz ildir tutub bizim torpağı,
“Hayıstan” edibdir qədim oylağı.
Qeyrətsiz, biqeyrət, tülkü hayların,
Olmasa yardımı mürtət rusların,
Çatmazdı hünəri bunu etməyə.
Bizim üstümüzə ittək hürməyə.
Anam gəlini! Qeyrət zamanıdır.
Düşməni torpaqdan qovmaq vaxtıdır.
Sıravi əsgərtək getsam davaya,
Şəhid olsam da, ya düşmən bəlaya.
Sən heç ağlayaraq qara bağlama.
Siyah libas geyib yas da saxlama!
Dik tutub başını, qürurla dayan,
Fəxr etsin Vətənimiz- Azərbaycan!
Şəhidlik şərəfdir Vətən uğrunda.
Bir də sevgili gözəl yar yolunda!
BİR QOCA BİBİM VARDI
Bir qoca bibim vardı,
Bayatılar qoşardı,
Bizə şeir yazardı,
Qalıbdır yaddaşımda.
Xanım nəğməkar idi,
Mahnı ifa edərdi,
Bizə nağıl söylərdi,
Qalıbdır yaddaşımda.
Bibimin övladları,
Qızları, oğlanları,
Qohum-əqrabaları,
Qalıbdır yaddaşımda.
Bir gün məktub yazmışdı,
Oğluna bərk qızmışdı,
Bu sözləri cızmışdı:-
-“Qoyun-quzu yanında,
Otlar quzu yanında,
Daha məni neynirsən,
Oğlun, qızın yanında?!
Qalıbdır yaddaşımda.
Naməni hədələmiş,
Poçta əmanət etmiş,
Baxın, ona nə demiş?
“Məktub, səni od eylərəm,
Poçta əmanət eylərəm!
Gedib bir günə çatmasan,
Gör nə qiyamət eylərəm?!”
Qalıbdır yaddaşımda.
Bibim yoxdur həyatda,
Keçib altmış il hətta,
Sözü qalıb yaddaşda,
Qalıbdır yaddaşımda,
ZiM.Az