XANKƏNDİ PARADI VASİTƏSİLƏ SUVERENLİYİMİZİN BƏRPASINI BÜTÜN DÜNYAYA NÜMAYİŞ ETDİRDİK!..

2 min read

UĞURLU ŞƏRİFOV,
“Soydaş” İctimai Birliyinin
həmtəsisçisi,
ZiM.Az-ın şərhçisi

 

 

Hərbi parad şəxsi heyətin, qoşunların hərbi texnika və tex­nikasız əlamətdar tarixi günlərdə təntənəli marşla keçməsidi.

Paradın mahiyyəti ölkə üçün hər hansı əlamətdar tarixi ha­di­sənin dövlət və vətəndaşlar üçün nə qədər vacib və prioritet mə­sələ olduğuna diqqət yetirməsidir. Paradın keçirilməsi məq­sə­dilə ölkə üçün xüsusi tarixi, siyasi və mənəvi əhəmiyyət daşı­yan yer seçilir.

Üç il əvvəl Bakıda, Azadlıq Meydanında keçirilən parad Zəfər Paradı idi.

Paradı Azərbaycan Silahlı Qüvvələrinin ali baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyev və fəxri qonq qismində “Ay Laçın” şerini səsləndirməklə parada daha bir tarixi məna qatan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edirdi.

2020-ci il dekabrın 10-da keçirilən bu hərbi parad Vətən Mü­haribəsi (İkinci Qarabağ Müharibəsi) nəticəsində yalnız Azər­baycan torpaqlarında 30 il sürən erməni işğalı üzərindəki qə­ləbəsinə həsr olunmuş paradı deyildi, bu həm də 100 ildən çox sürən türkçülüyə, Azərbaycan Cümhuriyyətinə, Azərbay­can SSR-ə və Azərbaycan Respublikasına qarşı işləyən türko­fob­luğun, islamofobiyanın, dünya ermənipərəstliyinin işğalın­dan Azərbaycan torpaqlarının azad olunmasına və yeni güclü Azərbaycanın dünyaya tanınmasına həsr olunmuş hərbi parad idi.

2023-cü il Noyabrın 8-də isə parad Xankəndi şəhərində ke­çirildi.

Xankəndində sonuncu dəfə parad Azərbaycan Xalq Cüm­huriy­yəti tərəfindən 1919-cu ildə keçirilmişdir.

Xankəndi şəhərinin mərkəzində keçirilən bu hərbi parad artıq Azərbaycan Respublikasının hərbi-siyasi iradəsinin birmənalı tanınması, Suverenliyinin Bərpası, Vətən Müharibə­sində qazanılan zəfərin və QARABAĞ AZƏRBAYCANDI şüa­rının beynəlxalq müstəvidə qəbul etdirilməsidir!..

İradəmiz, Birliyimiz, Zəfərimiz, Suverenliyimiz, Xankəndi Pa­radımız Mübarək olsun!


ZiM.Az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir