Adın şərəflidir sənin ey qadın,

Dahilər anası çağırılır adın!

Səməd Vurğun

 

Böyük fəxr və qürur hissi ilə qeyd etməliyik ki, doğma Vətənimiz Azər­baycan dünya elm və mədəniyyət xə­zinəsinə bir çox dahi şəxsiyyətlər, o cümlədən, sərkərdələr, siyasətçilər, görkəmli alimlər, şairlər, bəstəkarlar və s. bəxş etmişdir. Hətta tarixin müx­­­təlif cətin və keşməkeşli dönəm­lərində Vətənimizin azadlığı və xalqımızın xoşbəxt və fi­ra­van həyatı naminə Vətən oğulları böyük fədakarlıq və qəh­rəmanlıq göstərmişlər. Xalqımıza məxsus həmin keyfiyyətlər bu gün də nəsildən nəslə ötürülərək davam etməkdədir. Be­ləliklə, dünya şöhrətli Azərbaycanımız dahilər və qəhrə­man­lar yurdudur.

Aqillər çox doğru de­yib­lər ki, in­san ömrü bir kitaba bən­zə­yir. Bu kitab onun ömür romanı, ömür dastanı­dır. Oxu­cuların diq­­qə­tinə təqdim etdiyi­miz bu məqa­lədə yazıçı, şair sözün hə­qiqi məna­sında Azərbaycan qadı­nı­na və qəhrəman analara məxsus çox zən­gin mənəviyyat sahibi bir xanım barədə söz açmaq istəyirəm. Bu xanım kimdir?

Bu xa­nım son illər xal­qımızın və respublikamızın böyük maraq və məhəbbətlə şeir­lərini və məqalələrini sevə-sevə oxu­duqları Nəzakət xa­nım Salah qızı Məm­­məd­lidir! Bu xanım ona məxsus bütün adları bir qız öv­ladı kimi, tələbə kimi, qadın və vəfalı qadın, qeyrətli və lə­ya­qət­li ana, nəhayət alovlu, vətənpərvər ziyalı bir şəx­­siyyət kimi Res­pub­li­ka Xatirə Kitabı Redak­si­yasının baş redaktorudur.

Ana!.. Vətən qədər əziz, dünya qədər şirin ana! Görəsən, on­dan doyan varmı?! Bu sözlər dilimizin lüğətindəki sözlərin ən gözəli, ən müqqədəsi, ən ülvisidir. Bu mənada Ana tor­paq, Ana Vətən, Ana dili, Ana südü, Ana borcu, Ana nə­si­həti, Ana haqqı, Ana nəfəsi və s. kimi ifadələr dilimizdə çox­mənalılıq yarat­maq­la bərabər, onun semantik tutumunu və əhəmiyyətini əks et­­dirir.

Qeyd etməliyik ki, Nəzakət xa­nım həm ailədə, həm də iş­də onu əhatə edən insanların böyük mə­həb­bətini qazan­maqla bərabər, həm də fəaliyyət göstərdiyi işlə əlaqədar ola­raq Res­publikada keçirilən bütün tədbirlərdə fəal iştirak edir, radio və televiziya əməkdaşlarına müsa­hi­bə­lər verir, öz dərin məz­munlu gözəl şeir­ləri ilə çıxış edir:

 

Qadın anamızdır, qadın bacımız,

Qadın şöhrətimiz, qadın şanımız,

Qadın eşq ümmanı, sevgi dənizi,

Qadın məhəbbəti yaşadır bizi!

 

Qadınsız nə həyat, qadınsız nə gün,

Qadınla açılır ömrün səhəri,

Bir günəş doğmuşdur insanlar üçün,

Qadının çöhrəsi güləndən bəri…

 

Böyük fəxr və qürur hissi ilə qeyd etməliyik ki, xalqı­mı­zın təşəkkül tapmasında onun dövlət quruluşunun formalaş­masında və idarə edilməsində neçə-neçə igid, ağıllı qadın­la­rın adları tariximizin qızıl səhifələrinə yazılmışdır. Bu mə­na­da Azər­bay­can qadınları təkcə öz zahiri gözəllikləri, fiziki ka­milliklərilə deyil, həmçinin daxili mənəvi dəyərləri ilə fərq­lənən xanım­lar­dır. Məhz bu səbəbdəndir ki, Azər­baycan qa­dınları dünya qa­dın­ları arasında onunla fərqlənir ki, onlar dünya elm-mədə­niy­yət xəzinəsinə bir sıra gör­kəmli sərkər­də­lər ölməz düha sahib­ləri bəxş etmiş­lər. Hazırda, Azər­bay­ca­nın yüzlərlə şair, yazıçı, alim, mü­ğənni, bəstəkar, me­­mar, de­putat və diplomat qadınları cə­miyyətimizin bəzəyinə çevril­miş­lər.

Bəli! Nəzakət xanım Salah qızı Məmmədli bax belə qa­dın­ları­mız­dan biridir. Nəzakət xanım əvvəldə qeyd etdi­yimiz kimi öz üzərinə düşən vəzifələri böyük məsuliyyət və şərəf hissi ilə yerinə yetirir. Belə ki, Vətən torpaqlarımızın azad olunmasında o alovlu, və­tənpərvər, zəngin ziyalı zövqü ilə sanki qələmini sün­güyə çe­virmişdi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Ko­mandan, qalib lider hamının inandığı, güvəndiyi və sevdiyi preziden­timiz İLHAM ƏLİYEV başda olmaqla Ermənistan qəsbkar­larına qarşı aparılan II Qarabağ müharibəsindəki qələ­bəyə böyük inam və ümid bəsləyirdi. Mənfur, vəhşi, nankor er­mə­ni faşistlərinin xəyanətinə kəskin nifrətlər bəsləyir və şanlı qələbəmizin yaxınlaşdığına inanır­dı.

Beləliklə aparılan 44 günlük Vətən müharibəsi dövründə Nə­zakət xanım sanki özü də müharibədə iştirak edirdi. Çünki mü­haribə başlanan kimi, onun övladları da döyüşən ordu sıra­la­rında idilər. Belə bir zamanda Nəzakət xanım sanki döyüş zo­na­larında komandirlərin, zabitlərin, əsgərlərin ya­nında idi.

Ah! Mən Nəzakət xanımı tez-tez görürdüm. O sanki Qara­bağ­­da, onun kimsəsiz qalmış meşələrində, çöllərində qəhrə­man­­casına döyüşən igid əsgərlərimizi seyr edir, həm də uca Tan­rının, Qadir Allahın, Haqqın dərgahına inanaraq onlara nik­bin­cəsinə dualar edirdi. Çox-çox təəssüflər olsun ki, Nə­zakət xa­­nım bir zəngin, ziyalı xanım, müqəddəs ana və qadın kimi, çox həyəcanlı görünürdü. Lakin onun gözlərinin də­rinliklərində yüksək nikbinlik və böyük qələbə sevincini də görmək müm­kün idi.

Şükürlər olsun ki, Nəzakət xanım və vətənimizin bütün in­san­ları Qadir Allahın hökmünü və dövlətimizin qüdrətini gör­­­dülər. Müzəffər Ali Baş Komandan, qalib sərkərdə və dün­­ya şöh­­rətli sevimli prezidentimiz İlham Əliyev cənab­la­rı­nın rəh­bərliyi altında bütün xalq “Zəfər” bayramını qeyd et­di.

Artıq müharibədən üç il ötdü. Bu qısa müddət ərzində döv­­­­lətimizin başçısı, Ali Müzəffər Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında Qarabağ işğaldan və işğalçı­lar­dan tam azad olunaraq genişmiqyaslı bərpa və qu­ruculuq işlə­ri­nə qədəm qoymuşdu. Lakin mənfur düşmən, yır­tıcı, vəhşi hey­van­lar kimi, 30 ildə işğalda saxladığı Qara­bağın ləzzətini ya­dın­dan çıxara bilmir. Heyhat! Bunlar ha­mısı məna­sız və boş xülyalardır. Belə ki,

 

Qarabağda gözəl həyat qaynayır,

Mənfur düşmən hikkəsindən çatlayır,

Zəfərinə dost ölkələr əl çalır,

Doğma Vətən görüşünə gəlirik,

Ana Vətən, təbrikinə gəlirik!   

 

Çox-çox şükürlər olsun ki, biz şanlı qələbəmizin üç ilini – “Zəfər” bay­ramını böyük sevinc və atəş­fə­şanlıqla bayram etdik! Belə bir za­manda nəinki Azərbaycanda, hətta dün­yanın müx­təlif yerlərində yaşayan azərbaycanlılar və sülh­sevər xalqlar bi­zim qələbəmizə, sevincimizə şərik olaraq onlar da zəfər bay­ramı və müxtəlif tədbirlər  keçirirlər.

Yaşasın çox istedadlı, dünya şöhrətli, qalib lider və sər­kərdə, Mü­zəffər Ali Baş Komandan İlham Əliyev, yaşa­sın Azər­baycan Ordusu, yaşasın Azərbaycan Xalqı!

 

Mən Nəzakət xanıma həsr olunmuş bu məqaləni poetik sə­tirlərlə bitirmək istəyirəm:

 

Adına layiqsən Nəzakət xanım,

Sanki bir mələksən ey afət xanım,

Səninlə fəxr edir Azərbaycanım,

Şair xanım, bu ad günün mübarək,

Yaşa gözəl ömrü, yüzü də görək!

 

Bir ölkədə doğulmuşuq,

Söhbətindən həzz almışıq,

Yubileyinə toplaşmışıq,

Şair xanım, bu ad günün mübarək,

Yaşa gözəl ömrü, yüzü də görək!

 

Hamıya bəllidir pak nəcabətin,

Qəlbin çox genişdir, iradən mətin,

Bir şair qızısan xalqın, millətin,

Şair xanım, bu ad günün mübarək,

Yaşa gözəl ömrü, yüzü də görək!

 

Kamalınla ucalmısan,

Ailəndən güc almısan,

Ürəklərə od salmısan,

Şair xanım, bu ad günün mübarək,

Yaşa gözəl ömrü, yüzü də görək!

 

Bu qədər ki, sən gözəlsən,

Cəvahirsən, yoxsa ləlsən,

İşıq saçan bir məşəlsən,

Şair xanım, bu ad günün mübarək,

Yaşa gözəl ömrü, yüzü də görək!

 

Mənalı ömrünü SƏN məğrur yaşa,

Gözəl insanlarla SƏN əyləş qoşa,

Bu ömür nədir ki, yüz il də yaşa,

Şair xanım, bu ad günün mübarək,

Yaşa gözəl ömrü, yüzü də görək!

 

Qoy, arzular çin olsun,

Qəlblər sevinclə dolsun,

Xalqımız xoşbəxt olsun,

Sizi ALLAH qorusun,

Şair xanım, bu ad günün mübarək,

Yaşa gözəl ömrü, yüzü də görək!

 

İradə Gözəl

VƏLİBƏYLİ,

Filologiya üzrə

fəlsəfə doktoru,

şair-publisist,

“Qızıl qələm” media

mükafatı laureatı

ZiM.Az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir