Fərqanə Zülfüqarova: “ZƏFƏRİMİZ ƏBƏDİDİR!”

3 min read
Qələbəmizin 5 illiyinə
həsr olunub.
Azərbaycan, əziz anam
Sən igidlər vətənisən!
Sən xoşbəxtlər məskənisən!
Gör kimlərin anasısan?
Zirvələri fəth eləyən
Ulu Öndər Yadigarı,
Məğrur, qalib bir komandan!
Adı Sülhün etibarı!
Adı yurdun xilaskarı…
Dahi öndər Yadigarı.
Ulu öndər sevgisinin..
Ardıcılı, davamçısı,
Sən ey Sübhün sülh elçisi,
Andı güvən, əhdi güvən!
Qalib xalqın məğrur oğlu,
Zəfər çaldın eşqinlə sən!Dünyamızın etibarlı Liderisən!
Ulu öndər Yadigarı.
Millətlərə, Liderlərə örnək oldun..
Vətənpərvərlik nümunəsi,
BMT-nin qətnaməsin,
Tələblərin gerçək etdin.Ulu öndər davamçısı,
Azəri türk qəhrəmanı
Bəşərisən, əbədisən,
Xalqımızın ən qüdrətli
Prezidenti, rəhbərisən!
Sən alisən, bəşərisən..Dünyamızın cəsur, ali rəhbərisən!
Günəş kimi parlayacaq, işıq saçan,
Qalib olan ən müqəddəs Varlığısan!
Yüksəlişin xidmətində, əməlində
Ərtək döyüş meydanında Zəfər yazan,
Qəhrəmanlıq simvolusan…ZƏFƏRİMİZ ƏBƏDİDİR!

Sən, ey Öndər yadigarı!..
Zəfər çaldın rəşadətlə,
Zülmətin bagrını dələn,
Səhərin al səhərisən!
Yurdun alın yazısında,
Eşqlə yazdın zəfəri sən!Ulu Öndər Yadigarı,
Qaliblərin qalibisən..
Ey dünyamın qəhrəmanı,
Zəfərimin müəllifi.
Fəxr edirik Səninlə biz,
Sənlə güldü səhərimiz!
Sülhümüzün rəhbərisən!
Könlümdə eşq minbərisən!Zəfər çalan, qalib olan
Xalqımızın xilaskarı
Ulu öndər övladısan
Qəhrəmanlar, igid oğlu,
Qürurlusan! Müzəffərsən,
Sənin dəmir yumruğunla,
Ordun əzdi düşmənləri!
Qarabağın sinəsindən,
Dağı sildi, yurd ərləri!Zirvələri fəth eləyən
Ulu Öndər Yadigarı,
Sən Zəfərdən yoğrulmusan,
Günəş təki parlamısan!
İgidlərin igidisən,
Tarix yazan ölkəmizin
Sülh yolunda Zəfər çalan xilaskarı!
Millətimin etibarı!Dünyamızın ən şərəfli döyüşçüsü,
Vətənpərvər igidisən.
Haqq yolunda Zəfər çalan
Qəhrəmanlığın rəmzisən,
Xalqımızın taleyinə,
Haqdan əta, möcüzəsən!

Ulu Öndər Yadigarı,
Varlığınla xalqımıza
Ən böyük bir ərmağansan!
Türklüyümün gerçək üzü,
Şerimizin Vətən sözü,
Xilaskar adınla qoşa!
Yaşa, yaşa!
Ey varlığı yurda dərman!
Nə qədər ki Azərbaycan,
Vətən deyən bu dillər var,
Adın o dillərdə yaşar!
Eşqin könüllərdə yaşar!

Fərqanə Sübhan qızı
ZÜLFÜQAROVA
Elm.İnfo.Az saytının redaktoru,
filologiya üzrə fəlsəfə doktoru,
dosent, AYB-nin üzvü
08 Noyabr, 2025 

ZiM.Az

.

Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.